- "Hugo" mütəmadi olaraq masaj olunur, 6 aydan bir diş həkiminə aparılır və baytar nəzarətində saxlanılır
İngiltərədə yaşayan “Hugo” adlı at 199 santimetr boyu ilə “dünyanın yaşayan ən uzun atı” kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Sherg.az xəbər verir ki, 4 yaşlı atın boyu baytar tərəfindən ölçülərək 199 santimetr olduğu təsdiqlənib.
Atın sahibi Brett Masters bildirib ki, "Hugo" hələ böyüməyə davam edir və qarşıdakı 3 il ərzində boyu arta bilər.
Onun sözlərinə görə, Hugo mütəmadi olaraq masaj olunur, 6 aydan bir diş həkiminə aparılır və baytar nəzarətində saxlanılır. At üçün xüsusi qidalanma proqramı hazırlanıb və müxtəlif qida əlavələrindən istifadə olunur.
Masters Hugo-nun “beş ulduzlu həyat sürdüyünü” və heç nədən məhrum olmadığını deyib.
Qeyd edək ki, "Ginnesin Rekordlar Kitabı"na düşən ən uzun və ən ağır at 1850-ci ildə İngiltərədə yaşamış “Sampson” adlı at olub. Onun boyu 2,19 metr təşkil edib.