Dünyanın ən yaşlı pişiyi 30 yaşını qeyd etdi: İnsan yaşıyla 140 il

İngiltərənin Orpington şəhərində yaşayan Flossie adlı pişik 30 yaşını tamamlayaraq insan ömrünə uyğun hesabla təxminən 140-150 il yaşa çatıb. 29 dekabr 1995-ci ildə doğulan Flossie, hələ də sağ olan dünyanın ən yaşlı pişiyi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Sherg.az xəbər verir ki, Veterinar qeydiyyatları ilə yaşı təsdiqlənən Flossie, ortalama pişik ömrünün çox üstündə yaşayaraq heyvanlar aləmində ən qeyri-adi canlılardan biri sayılır. Flossienin həyatı yalnız uzun ömrü ilə deyil, sahibinin itirilməsi və sonrakı qayğısı ilə də diqqət çəkir. İlk sahibi ilə 10 il yaşayan pişik, ikinci sahibini də itirdikdən sonra "Cats Protection" heyvan xilasetmə təşkilatı vasitəsilə Victoria Green tərəfindən sahiblənib.

Sahibi Green Flossienin yaşını öyrənəndə çox təəccübləndiyini bildirib:

“Onun mənimlə eyni il doğulduğunu öyrənəndə donub qaldım”. Flossie bu gün də enerjili və aktivdir; yalnız qismən görmə və eşitmə qabiliyyətini itiriblər, amma gündəlik həyatında fəaldır.

Uzun ömrünün sirri böyük ölçüdə şans və illər boyunca aldığı sevgi ilə izah olunur. Green bildirib ki, Flossie indi yaşına uyğun xüsusi pəhrizlə qidalanır, amma hələ də hərəkətlidir və sevinclə dolu bir mühitdə qalan illərini keçirməsi təmin edilir.