Dünyanın ən yaxşıları: Türklərin lobyalı salatı ilk “10”dadı
Yusif Nəzərli
23:23 23.04.2025
Maraqlı
643
Dünyanın müxtəlif ölkələrində milli, ənənəvi yeməklər, içkilər və restoranlar haqqında məlumat təqdim edən "TasteAtlas" dünyanın 100 ən yaxşı salatını - məzələri sıralayıb. İlk 50-likdə Türkiyədən 4 salat yer alıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən qeyd edir ki, "TasteAtlas"a görə, Türkiyənin zəngin mətbəx mədəniyyətini əks etdirən bu ləzzətlər beynəlxalq arenada böyük rəğbət qazanıb. Türkiyənin Antalya bölgəsinə məxsus Piyaz salatı həm sağlam, həm praktik və dadlı olduğuna görə siyahıda 9-cu yerdə qərarlaşıb. Antalya Piyaz salatı quru lobya, cəfəri, soğan və sumaxdan ibarətdir. “TasteAtlas” Türkiyə Patent və Ticarət Nişanı İdarəsindən coğrafi göstərici sertifikatı ilə qeydiyyatdan keçmiş “Antalya üslublu piyaz”ın reseptini də verib. Tərkibində tahin, limon suyu və sirkədən hazırlanmış zəngin və hamar sous var. Lobya bişirilir, üzərinə sous əlavə edilir. Salatı adətən doğranmış pomidor, dilimlənmiş soğan, bərk qaynadılmış yumurta, zeytun yağı və cəfəri ilə bəzəyirlər. Siyahıda “Kısır” 14-cü, “Zeytun piyazı” 23-cü, qovrulmuş badımcan salatı isə 42-ci yerdə qərarlaşıb.
İlk onluğa daxil olan məzələr bunlardır:
1. Yunanıstan: Dakos
2. Yunanıstan: Horiatiki salatı
3. Tunis: Huriya
4. İtaliya: Kapri salatı
5. Livan: Fettuş salatı
6. Bolqarıstan: Shopska salatı
7. İndoneziya: Pecel
8. Çin: Pai Huang Gua
9. Türkiyə: Antalya Piyaz
10. Tunis: Mechouia Salatı
Bu salatların hər birinin hazırlanma qaydası da təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm