
“Dünyanın ilk emojili əsgər məzarı daşı” - Diyarbəkirdə sərgilənir
13:39 03.11.2025
Maraqlı
430
Diyarbəkir Muzeyində bərpa işləri tamamlanan və “emojili əsgər məzarı daşı” kimi xarakterizə olunan bazalt əsər ilk dəfə ziyarətçilərin ixtiyarına verilib.
Sur rayonundakı İçqalə Muzey Kompleksində 1934-cü ildə yaradılan Diyarbəkir Muzeyində hazırda 36 min 352 eksponat qorunur. Muzey qurulduğu dövrdə bölgədə başqa muzey olmadığı üçün ətraf vilayətlərdən gətirilən çox sayda tarixi əsər burada mühafizə altına alınıb.
Fiziki şəraitin məhdudluğu səbəbindən əvvəllər nümayiş etdirilməyən bir çox daş əsər, həyata keçirilən yeni layihə çərçivəsində muzeyin açıq sahəsində ziyarətçilərə təqdim edilməyə başlanıb. Onlar arasında “Dünyanın ilk emojili əsgər məzarı daşı” adlandırılan tarixi daş da var.

Həyatını itirmiş bir əsgərə aid olduğu güman edilir
1934-cü ildən bəri muzeyin anbarında saxlanılan bu bazalt daş, bərpadan sonra ilk dəfə muzey bağçasında sərgilənməyə başlayıb. Ba. daşının döyüşə gedərək həlak olan bir əsgərə aid olduğu ehtimal olunur.
Üz cizgiləri, qaş-göz detalları və ağız hissəsindəki qorxu, həyəcan ifadəsi bu əsəri digər oxşar nümunələrdən fərqləndirir. Məhz buna görə o, “emojili əsgər məzarı daşı” adlandırılıb.
“Bu daş günümüzə tam şəkildə çatıb”
Diyarbəkir Muzeyinin müvəqqəti direktoru Müjdat Gizligöl deyib:
“1934-cü ildə qurulan Diyarbəkir Muzeyi Türkiyənin ən qədim və köklü muzeylərindən biridir. O zaman bölgədə başqa muzey olmadığı üçün bir çox əsər buraya gətirilib. Hazırda 36 min 352 eksponatımız var, onların arasında daş nümunələr də mövcuddur. Əvvəllər şəraitin məhdudluğu səbəbindən bu daşları sərgiləyə bilmirdik, lakin yeni layihəmizlə birlikdə muzey bağçasında onları nümayiş etdirməyə başladıq. Bu əsərlərdən biri də dünyanın ən qədim emojisi hesab edilən "emojili əsgər məzarı daşı"dır. Bu daş 1934-cü ildən bəri muzeyin anbarında idi.”
“İfadəni olduğu kimi əks etdirir”
Gizligöl əlavə edib:
“Bərpadan sonra əsəri muzey bağçasında sərgiləməyə başladıq. Tarixdə çox sayda insan və heyvan fiqurlu məzar daşları var, amma bu daşın fərqi - ifadəni birbaşa əks etdirməsidir. Bazalt daşından hazırlanmış bu məzar, döyüşə gedib və geri dönməyən bir əsgərə aiddir. Qorxu və həyəcan içində, taleyini bilmədən üzündə yaranan ifadə daşa işlənib. Buna görə də biz ona "emojili əsgər məzarı daşı" deyirik. Daşın üstündə bir dəmiğ (dəbilqə) təsviri var, göz və qaşlar verilib, ağız isə qorxu ifadə edir. Bu daş demək olar ki, tam şəkildə dövrümüzə qədər gəlib çatıb. Bəzi hissələrində deformasiya olsa da, bu, ifadəni zədələməyib.”
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət