Elm dünyasını təəccübləndirən kəşf: Köpəkbalıqları səs çıxarır
Yusif Nəzərli
07:53 30.03.2025
Maraqlı
531
Köpəkbalıqları uzun illərdir səssiz yırtıcılar kimi tanınırdı. Sənədli filmlərdə, populyar kinolarda və hətta elm adamları arasında belə, onların səssiz olması geniş yayılmış bir fikir idi. Lakin bu anlayış dəyişmək üzrədir.
Sherg.az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Royal Society Open Science" jurnalında çərşənbə günü dərc edilən yeni araşdırma rig köpəkbalıqlarının səs çıxardığına dair ilk sənədləşdirilmiş nümunəni ortaya qoyub.
Araşdırmada Yeni Zellandiya sahillərində yaşayan kiçik bir növ olan rig köpəkbalıqlarının alimlər yaxınlaşdıqda və su altında saxlandıqda tıqqıltıya bənzər səslər çıxardıqları müəyyən edilib. Tədqiqatın müəlliflərinin sözlərinə görə, elmi adı Mustelus lenticulatus olan bu köpəkbalıqları düz dişlərini sürətlə bir-birinə vuraraq bu səsləri yaradır.
Təsadüfi kəşf yeni araşdırmalara yol açır
Araşdırmanın baş müəllifi, Yeni Zelandadakı Oklend Universitetində doktorant olan Karolin Nider müxtəlif köpəkbalığı növləri üzərində davranış təcrübələri apararkən bu hadisəni təsadüfən müşahidə edib.
"USA TODAY"ə danışan Nider deyib: "Bu, indiyə qədər eşidilməmiş bir şey idi, ona görə də əvvəlcə mənası mənə aydın deyildi".
Doktorantura təhsilini başa vurduqdan sonra Nider bu səslər barədə daha çox məlumat əldə etmək üçün araşdırmalarını davam etdirib. O, 2021-ci ilin mayından 2022-ci ilin aprel ayına qədər 10 rig köpəkbalığını müşahidə edib və onların hamısının eyni səsləri çıxardığını qeydə alıb.
Köpəkbalıqları niyə səs çıxarır? - Alimlərin bir fərziyyəsi var
Köpəkbalıqları qazla dolu, balıqların dərinliyi tənzimləməsinə və səs çıxarmasına kömək edən üzmə kisəsinə malik olmayan balıq növünə aiddir. Bu xüsusiyyət alimlərin köpəkbalıqlarını, həmçinin skat və mişarbalığı kimi digər qığırdaqlı balıqları səssiz hesab etməsinin əsas səbəblərindən biri idi.
Lakin yeni tədqiqatlar bu fikrin səhv ola biləcəyini göstərir. 2022-ci ildə İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin alimləri iki skat növünün mümkün xəbərdarlıq və ya təhlükə siqnalı kimi qəbul edilə biləcək tıqqıltı səsləri çıxardığını qeydə alıblar.
Bu fenomen köpəkbalıqlarında da müşahidə edilə bilər.
Niderin sözlərinə görə, köpəkbalıqları onunla uzun müddət təmasda olduqdan sonra səs çıxarmağı dayandırıblar. O, həmçinin onların nə yemək yeyərkən, nə də akvariumda sərbəst üzərkən bu səsləri çıxardığını görmədiyini əlavə edib.
Hazırda Massaçusetsdəki "Woods Hole" Okeanoqrafiya İnstitutunda postdoktorantura araşdırmaçısı kimi çalışan Nider köpəkbalıqlarının insan müdaxiləsi olmadan, təbii mühitlərində səs çıxarıb-çıxarmadığını müəyyən etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur