Ev heyvanı sahibləri, diqqət! Pişiyinizlə ünsiyyətin ən asan yolu

Pişiklərin soyuq və məsafəli olduğu düşünülür, lakin elmi araşdırma bu fikri təkzib edir. Məlum olub ki, sadə bir üz ifadəsi pişiklərin insanlara daha çox yaxınlaşmasına səbəb olur.

Alimlər bildirir ki, pişiklər uzun baxışları təhlükə kimi qəbul edir, yavaş göz qırpma isə onlarda etibar hissi yaradır. Bu davranış pişiklər üçün insanlardakı gülümsəməyə bənzəyir.

Sherg.az xəbər verir ki, 2020-ci ildə Sussex Universitetində aparılan araşdırma göstərib ki, insanlar pişiklə göz təması quraraq yavaşca göz qırpdıqda, heyvanlar buna müsbət reaksiya verir və yaxınlaşmağa meyilli olur.

Mütəxəssislərə görə, bu üsul xüsusilə çəkingən və stresli pişiklərlə ünsiyyətdə olduqca faydalıdır.