İsrailin məşhur kəşfiyyatçısı barədə sənədlər tapıldı
Yusif Nəzərli
04:44 19.05.2025
Maraqlı
493
MOSSAD Suriyada keçirdiyi xüsusi əməliyyat zamanı İsrailin ən məşhur kəşfiyyatçısı olan Eli Koenlə bağlı 2500-ə yaxın məxfi sənəd tapıb.
Modern.az bu barədə “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir.
Müsadirə edilən sənədlər arasında Koenin saxta pasportları, İsraildən aldığı mesajlar və təlimatlar, Suriya kəşfiyyat xidmətlərinin müşahidəsi ilə bağlı hesabatlar, həmçinin kəşfiyyatçının edamdan əvvəl yazdığı vəsiyyətnamənin əsli və səs yazıları var.
Mossad bu sənədlərin, eləcə də Eli Koenin bəzi şəxsi əşyalarının Suriya kəşfiyyat xidmətləri tərəfindən yüksək məxfi bir yerdə saxlandığını bildirib. Onların yerini müəyyən etmək və aradan qaldırmaq üçün əməliyyat hazırlamaq çox vaxt aparıb.
Eli Koen 1961-1965-ci illərdə İsrail kəşfiyyatında çalışaraq Suriya rəhbərliyi, müdafiəsi və silahları haqqında mühüm məlumatlar verib. 1965-ci ildə o, Suriya xüsusi xidmət orqanları tərəfindən ifşa edilib və edam edilib. MOSSAD yalnız 2022-ci ilin dekabrında onun ifşa edilməsi və saxlanma şəraiti ilə bağlı məlumatları açıqlayıb. Koenin cəsədinin yeri hələ Mossad tərəfindən müəyyən edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou
Ölüm xəbərdarlığının fiziki və psixoloji əlamətləri
03:50 03.08.2026
Sağlamlıq
NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03:13 03.08.2026
Cəmiyyət
İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi
02:32 03.08.2026
Gündəm