Hər il milyonlarla quş minlərlə kilometr məsafəni xəritə və daxili İstiqamət hissi olmadan qət edərək hədəflərinə dəqiqliklə çatır. Alimlər bu qeyri-adi köçün sirrini illərdir araşdırır.
Sherg.az xəbər verir ki, quşların bu bacarığının əsasını doğuşdan gələn köç instinkti təşkil edir. Onlar heç vaxt getmədikləri marşrutları belə çaşmadan izləyə bilirlər.
Quşlar gündüzlər Günəşin mövqeyinə, gecələr isə ulduzlara, xüsusilə Qütb ulduzu ətrafındakı ulduz düzülüşlərinə əsasən istiqamət tapırlar. Bundan başqa, onların Yer kürəsinin maqnit sahəsini hiss edə bildiyi, göz və dimdiklərində bu məqsədə xidmət edən xüsusi hüceyrələrin olduğu düşünülür.
Bəzi növlər qoxu duyğusundan, digərləri isə dağlar, çaylar və sahil xətləri kimi coğrafi nişanlardan istifadə edir. Gənc quşlar ilk köçlərini adətən təcrübəli quşlarla birlikdə edir, lakin bəzi növlərdə köç bilgisi genetik olaraq ötürülür.
Alimlər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi quşların köç vaxtını və marşrutlarını dəyişir və bu, ekosistem üçün risk yaradır.