Keniyalı ekoloji fəal Truphena Muthoni 3 gün ərzində bir ağaca sarılaraq Ginnesin Dünya Rekordunu qırıb.
Sherg.az xəbər verir ki, ətraf mühitin məhvinə diqqət çəkmək məqsədi ilə bu addımı atan Muthoni 72 saat boyunca ağacı qucaqlayıb və bununla da Ginnesin Rekordlar Kitabına düşməyə nail olub.
Milli mətbuatda yer alan xəbərlərə görə, Ginnes Dünya Rekordları Muthoninin uğurunu belə qiymətləndirib:
“Keniyalı, ətraf mühitin qorunmasına çağırış edən ehtiraslı bir fəal, üç gün ərzində ağaca sarılaraq dünyanı qorumaq barədə güclü mesaj verdi.”
Qeyd edək ki, bu rekord sonuncu dəfə 2024-cü ildə Uqandalı Faith Patricia Ariokot tərəfindən 16 saat 6 saniyə nəticə ilə qeydə alınmışdı.