ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp Yeni il gecəsi Floridada keçirilən dəvətdə türk dizayner İlkyaz Özelin “New Arrivals” markasına aid geyimdə görüntülənib.
Sherg.az xəbər verir ki, təxminən 1450 dollar dəyərində olan gümüşü payetli libas gecənin diqqətçəkən parçalarından biri olub.
Dizayner İlkyaz Özel bildirib ki, bu seçim onlar üçün də gözlənilməz olub: “Instagram-da etiketlənəndə xəbərimiz oldu. Böyük sürpriz idi və qürur duydum.”
Onun sözlərinə görə, Melania Tramp libası özü satın alıb.
Özel qeyd edib ki, brendi daha əvvəl Jennifer Lopez, Sienna Miller və Nicky Hilton Rothschild kimi tanınmış şəxslər də seçib. Dizayner gələcək planlar sırasında ABŞ başda olmaqla xaricdə mağazalar açmağı hədəflədiklərini də vurğulayıb.