Venera, Mars və Merkuri Günəşə yaxın ərazidə yalnız 2038-ci il yanvarın 22-də gözlənilən birləşmədən sonra görünəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumatda bildirilib ki, Günəşə yaxın ərazidə hər üç planetin növbəti, daha geniş 10 dərəcə daxilində birləşməsi bundan sonra yalnız 2038-ci ilin sentyabrında baş verəcək.
Alimlər yanvarın 22-nə planlaşdırılan planetar birləşmənin nadir hadisə olduğunu vurğulayıblar.
Qeyd olunub ki, planetlər Günəş ətrafında simmetrik düzülüş yaradacaq ki, bu da demək olar ki, bu əsrdə unikal bir hadisə sayılır.
Hazırkı mərhələdə koronoqraflar vasitəsilə yalnız Merkurini müşahidə etmək mümkün olub. Venera və Mars isə texniki səbəblərə görə hələlik görünmür. Eyni zamanda onların bir neçə gün sonra müşahidə ediləcəyi bildirilir.