
Nəhəng panda Xin Xin 35 yaşını qeyd etdi
13:19 03.07.2025
Maraqlı
599
Meksikanın paytaxtı Mexikodakı Çapultepek Heyvanat Parkında nəhəng panda Xin Xinin 35 yaş günü qeyd olunub.
Sherg.az xəbər verir ki, ənənəvi aslan rəqsi, panda mövzusunda sənət əsərləri sərgisi və doğum günü tortu mərasimi ilə keçirilən tədbirə ziyarətçilər də böyük maraq göstərib.

1975-ci ildə Çin hökuməti Ying Ying və Pe Pe adlı iki nəhəng pandanı Meksika hökumətinə hədiyyə etmişdi. Xin Xin bu iki pandanın nəslindəndir və 1990-cı ilin 1 iyulunda Meksikada dünyaya gəlib.
Xin Xin, 101 illik tarixə sahib heyvanat parkının ən məşhur sakini sayılır və dünyanın dörd bir yanından gələn ziyarətçilər onu izləmək üçün buraya toplaşırlar.
Ziyarətçilər izləmə platformasında toplanaraq Xin Xinin görünməsini səbirsizliklə gözləyirlər. Lakin yaşlandığı üçün artıq daha yavaş və kövrək hərəkət etdiyindən gözləmə müddəti uzanır.
Çapultepek Heyvanat Parkı, Çin xaricindəki ən uğurlu panda yetişdirmə proqramlarından birinə sahibdir. İlk pandalar olan Pe Pe və Yin Yinin 10 sentyabr 1975-ci ildə Meksikaya gətirilməsindən bu yana bu heyvanat parkında 8 nəhəng panda doğulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol