Venesuela müxalifət lideri Mariya Maçado Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa təqdim etməklə diqqət çəkmişdi. Nobel İnstitutu mükafatın başqa şəxsə verilə bilməyəcəyini bildirsə də, tarixdə Nobel medallarını hədiyyə edən və ya bağışlayanlar olub.
Sherg.az-ın məlumatına görə, Norveçli yazıçı Knut Hamsun 1920-ci ildə qazandığı Nobel Ədəbiyyat Mükafatını 1943-cü ildə nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelsə hədiyyə edib.
2016-cı ildə Nobel Kimya Mükafatını qazanan türk professoru Aziz Sancar, mükafatını “Məni bu mükafata aparan Atatürk və Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi təhsil islahatlarıdır. Bu səbəbdən mükafatın sahibi Atatürk və Türkiyə Cümhuriyyətini təmsil edən Anıtkabir Muzeyidir” deyərək Anıtkabirə təqdim etmişdi.
2022-ci ildə Dmitri Muratov Nobel Sülh Mükafatını hərracda sataraq əldə olunan 100 milyon dolları UNICEF-in ukraynalı qaçqın uşaqlara yardım fonduna köçürüb.
2024-cü ildə isə sabiq BMT baş katibi Kofi Annan 2001-ci ildə qazandığı Nobel Sülh Mükafatını və sertifikatını BMT-nin Cenevrədəki ofisinә bağışlayıb.