Orta əsrlərdə insanlar niyə pomidordan ölürdülər?
00:42 27.09.2025
Maraqlı
429
XVI–XVII əsrlərdə Avropada zadəganların və varlıların nahardan sonra müəmmalı ölüm alları tez-tez baş verirdi. Həmin vaxt süfrədə pomidor olduğu üçün uzun müddət ondan uzaqlaşmağa başladılar. Əslində isə problem pomidorda deyildi.
Sherg.az Lent.az-a istinadla xəbər verir ki, o vaxtlar zadəganların istifadə etdiyi qalay və qurğuşun tərkibli boşqablar pomidorun turşusu ilə reaksiya verirdi və nəticədə qurğuşun yeməyə keçirdi. Bu isə ağır zəhərlənmə ilə nəticələnirdi. Kimyəvi proses o dövrdə məlum olmadığından, günahkar kimi pomidoru görürdülər.
Müasir elmi araşdırmalar göstərir ki, pomidorun tərkibində solanin və tomatin adlı təbii qoruyucu maddələr olsa da, onların miqdarı insan üçün zərərli deyil.
Yaşıl, yəni tam yetişməmiş pomidorlarda bu maddələr bir qədər çox olur, lakin böyüklər üçün təhlükəli sayılacaq miqdarı almaq üçün bir dəfəyə onlarla iri yaşıl pomidor yemək lazımdır. Əks halda, insan sadəcə mədə narahatlığı və ürəkbulanma hiss edər. Qırmızı, yetişmiş pomidorlarda isə risk demək olar ki, sıfırdır.
Pomidorun Avropaya gəlişi
Pomidorun vətəni Amerikadır. Kolumbdan xeyli əvvəl yerli xalqlar bu tərəvəzi yeyiblər. Avropaya pomidor XVI əsrdə gətirilib və əvvəlcə yalnız dekorativ bitki kimi əkilib. Yalnız XVII–XVIII əsrlərdə yavaş-yavaş yeməklərə daxil olmağa başlayıb.
XIX əsrdə isə elm və qidalanma haqqında biliklərin artması ilə pomidora qarşı olan qorxu tamamilə yox olub və bu bitki Avropa mətbəxinin əvəzolunmaz hissəsinə çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə