Yeni araşdırma göstərir ki, fərqli yaşdakı qadınlar kişilərdə fərqli xüsusiyyətləri cəlbedici hesab edirlər.
Sherg.az xəbər verir ki, Polşada aparılan tədqiqatda 19-70 yaş arası 122 qadına bir sıra kişilərin şəkilləri göstərilib və qadınlardan bu kişiləri cəlbedicilik dərəcəsinə görə qiymətləndirmələri istənib.
Əsas nəticələr budur:
Yaşlı qadınlar gür saqqallı və zəif bədən quruluşlu kişiləri daha cəlbedici hesab edir. Saqqal olgunluq və status simvolu kimi dəyərləndirilir.
Menopoz sonrası qadınlar isə yuxarı bədən əzələləri çox olan “V tipli” kişiləri daha az cəlbedici görür. Bu, yaşla birlikdə reproduktiv narahatlıqların azalması və sosial bacarıqlara diqqətin artması ilə əlaqələndirilir.
Gənc qadınlar isə fiziki cəhətdən daha güclü, əzələli kişiləri daha cəlbedici hesab edir; bu, “sağlam genlərin ötürülməsi” arzusu ilə izah olunur.
Araşdırma "Wroclaw Medical University" tərəfindən aparılıb və qadınların yaşla dəyişən seçim davranışlarını izah etməyə kömək edir.