Qoyun sürüsü supermarketə doldu

Almaniyada qeyri-adi hadisə baş verib. Qoyun sürüsü nəzarətsiz şəkildə supermarketə daxil olaraq kassaların yerləşdiyi hissədə bir yerə toplaşıb.

Musavat.com xəbər verir ki, hadisə zamanı heyvanlar təxminən 20 dəqiqə mağazanın içində qalıb. Şahidlərin sözlərinə görə, sürü tam sakit şəkildə kassalar önündə dayanıb və ətrafda ciddi təşviş yaratmayıb.

Bir müddət sonra qoyunlar mağazanı yenə də nizamlı şəkildə tərk ediblər. Hadisə nəticəsində nə xəsarət alan olub, nə də mağazaya ciddi ziyan dəyib. Sosial şəbəkələrdə yayılan görüntülər isə qısa zamanda böyük marağa səbəb olub.

Hadisə Almaniya mediasında da geniş müzakirə olunur.