Rubinyan: II Qaregin Köçəryanın adamıdır
12:19 16.10.2025
Maraqlı
417
“Subaylıq andını pozan katolikos II Qaregin məhz Robert Köçəryanın dəstəyi ilə bu vəzifəyə gətirilib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
Vitse-spiker Köçəryanın kilsədən siyasi alət kimi istifadə etdiyini bildirib:
“1998-ci ildə, Robert Köçəryanın prezidentliyinin ilk aylarında erməni kilsəsinin Armavir yeparxiyasının primatı yepiskop Asoqik Aristakesyan 1 milyon dollara yaxın vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilmişdi.
Sizcə, o zaman arxiyepiskop Qaregin Nersisyan adı ilə fəaliyyət göstərən Ktriç Nersisyan (II Qaregin) buna necə reaksiya verdi? Köçəryanı kilsəyə qarşı kampaniyada, xristianlıq əleyhinə ittihamlar uydurmaqda və başqa müxtəlif antimilli günahlarda ittiham etməli idi, elə deyilmi? Amma eləmədi, əksinə, dolayı yolla Köçəryana haqq qazandırdı.
Bəs, sonra nə baş verdi?
1999-cu ildə subay olmayan Nersisyan katolikos seçildi.
2001-ci ildə arxiyepiskop Asoqik məhkəmənin qərarı ilə bəraət aldı.
2008-ci ildə arxiyepiskop Asoqik “öz ərizəsi əsasında” vəzifəsindən uzaqlaşdırıldı.
2020-ci ildə Ktriç Nersisyan COVID-19 pandemiyasına görə Robert Köçəryanı azad etməyə çağırdı. Yəni COVID Ermənistandakı bütün məhbuslar arasında yalnız Köçəryana “təhlükə” yaradıb”.
Qeyd edək ki, oktyabrın 15-də Ermənistan Apostol Kilsəsi hüquq-mühafizə orqanları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanıldığını açıqlamışdı. Din adamlarına qarşı açılan cinayət işi mitinqlərdə iştirak etməyə məcburetmə ittihamı ilə bağlıdır. Saxlanılanlardan 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş verənləri “siyasi sifariş” adlandıran yerli müxalifət buna görə Baş nazir Nikol Paşinyanı tənqid edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region