“Simpsonlar”ın premyerası təxirə salındı - Foto

“Simpsonlar” franşizasının yeni tammetrajlı animasiya filminin nümayiş tarixi dəyişdirilib.

Axşam.az xəbər verir ki, bu barədə məlumat "X" sosial şəbəkəsindəki "Discussing Film" hesabında paylaşılıb.

Ekran işinin premyerası əvvəlcə 2027-ci il 23 iyul üçün planlaşdırılsa da, yeni tarix 3 sentyabr 2027 olaraq açıqlanıb. Təxirəsalmanın səbəbləri isə məlum deyil. 

Qeyd edək ki, Mett Qreyninq tərəfindən yaradılmış “Simpsonlar” televiziya tarixinin ən uzunömürlü animasiya serialıdır. 1989-cu ilin dekabrından bəri 37 mövsüm və 790-dan çox bölümü yayımlanıb. 

Ekran işinin illər öncə çəkilən bölümlərində gələcəkdəki hadisələrdən xəbər verməsi hər kəsin diqqətini cəkir. Məsələn, serialda illər əvvəl Donald Trampın Prezident seçilməsi, Səudiyyə Ərəbistanında verilən kürə pozu, Notr Damm kilsəsinin yanması, Ebola virusu, 11 sentyabr hadisələri, “Walt Disney” şirkətinin “20th Century Fox” şirkətini alması, ağıllı telefonların icad edilməsi, Ledi Qaqanın “Super Bowl”dakı çıxışı və s. hadisələr əks etdirilib.

Qalereya