
Tarixi an: İngilis səyyah 15 İyul Şəhidlər Körpüsündən yeriyərək Avropaya keçdi
13:10 02.05.2025
Maraqlı
595
26 il əvvəl Şilidən yola çıxaraq evinə yalnız yeriyərək çatmağı qarşısına məqsəd qoyan ingilis səyyah Karl Bushby, İstanbula çatıb.
Sherg.az xəbər verir ki, ingilis səyyah Türkiyə hökumətindən aldığı xüsusi icazə ilə 15 İyul Şəhidlər Körpüsündən yeriyərək Asiyadan Avropaya keçib.
Bushby, bu gün səhər saat 10:30-da körpünün Anadolu tərəfindən yürüşə başladı və təxminən 10 dəqiqə ərzində Avropa tərəfinə çatdı. Onu Ulaştırma və Altyapı Bakanlığı, Karayolları Genel Müdürlüğü və polis əməkdaşları qarşıladı.
Səyyah verdiyi açıqlamada bunları deyib:
“Çox uzun və çətin bir yol gəldim. Bu nöqtəyə gəlmək asan olmadı. İnanılmaz həyəcanlıyam. Bu körpüdən çox az adam yeriyib. Türk xalqına minnətdaram, mənə çox yardım etdilər.”

Son üç ayda yollarda olduğunu deyən Bushby, hərəkəti pozduğu üçün üzr istədi:
“Çox şükür ki, heç kim ölmədi və mən də hələ sağam. Bu yolculuqda çox şey öyrəndim. Dünyanın necə gözəl olduğunu gördüm. İnsanlar bunu unutmamalıdır. 7/24 xəbərlərdə yalnız ölüm və dağıntıdan bəhs olunur, amma dünya əslində gözəl bir yerdir. Mən bir səyyah kimi dünyanın ən gözəl, insanlığın isə ən yaxşı tərəfini gördüm.”
Bushby, viza müddəti bitmək üzrə olduğu üçün təyyarə ilə Meksikaya dönəcək. Vizasını yenilədikdən sonra isə yenidən eyni nöqtədən yoluna davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya