Toyda ata pivə verib kefləndirdilər: Heyvan əslində "alkaş" imiş...

Türkiyənin Muğla bölgəsinin Yatağan rayonunda bir toyda ata pivə içirdilməsi diqqət çəkib. Etiraz doğuran görüntülərin ardından davamlı olaraq alkoqol verildiyi öyrənilən atın asılı olduğu məlum olub.

Sherg.az xəbər verir ki, Muğlanın Yatağan rayonunda C.Ö. adlı bir şəxs oğlunun sünnət toyunu təşkil edib.

Toy proqramı çərçivəsində sünnət olunan uşağı gəzdirmək üçün fayton çağırılıb. Bu zaman sünnət uşağını faytonla daşıyacaq ata sahibi tərəfindən alkoqollu içki olan pivə verilib. Yemək qabı içində ata alkoqol verilməsi vətəndaşlar tərəfindən kameraya çəkilib.

Görüntülər etiraz doğurub və, atın alkoqol asılısı olduğu məlum olub.