ABŞ Prezidenti Donald Tramp Portuqaliya millisi və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" komandasının futbolçusu Kriştianu Ronaldu ilə telefon danışığı barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı bu barədə sosial media platforması "Truth Social"da paylaşım edib.
Tramp Ronaldunu "böyük futbolçu" adlandırıb və Ağ Evi ziyarət etdiyinə görə ona təşəkkür etmək üçün zəng etdiyini qeyd edib.
Xatırladaq ki, 18 noyabrda Ronaldu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla birgə ABŞ-yə səfər edib.