Türkiyədən iki şəhər dünya siyahısında yer alıb

Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlanıb. Türkiyədən iki şəhər - İstanbul və Antalya dünyanın ən çox turist cəlb edən ilk 10 şəhəri arasında yer alıb.

Sherg.az xəbər verir ki, dünya turizminin ən önəmli məlumat mənbələrindən biri olan Euromonitor International tərəfindən hazırlanan 2025-ci il hesabatına görə, İstanbul təxminən 19 milyon beynəlxalq turistlə dünya üzrə 5-ci olub.

Antalya isə 18 milyon ziyarətçi ilə 8-ci pillədə qərarlaşıb.

Beləliklə, Türkiyənin iki böyük şəhəri siyahının ön sıralarında yer alaraq ölkənin qlobal turizmdəki mövqeyini daha da gücləndirib. Siyahının zirvəsində isə 30 milyon ziyarətçi ilə Taylandın paytaxtı Bankok dayanır.