Yer kürəsinin gizli arxivi tapıldı - Bütün sirlər okeanın dibində saxlanılırmış
Yusif Nəzərli
12:51 07.06.2025
Maraqlı
554
ABŞ-nin Ohayo Universitetinin tədqiqatçılarına görə, Sakit okeanın dibindəki dərin dəniz çöküntüləri Yer kürəsinin qədim iqlimi haqqında mühüm məlumatları ehtiva edir və gələcək dəyişiklikləri proqnozlaşdırmağa kömək edə bilər.
Teleqraf xəbər verir ki, araşdırmanın nəticələri “Paleoceanography and Paleoclimatology” (PP) elmi jurnalında dərc olunub.
Okeanların dərinliklərində Yerin əsl arxivləri yatır, söhbət milyonlarla il əvvəl okean həyatı və iqlimi haqqında məlumatları ehtiva edən dəniz çöküntülərindən gedir. Amma elm adamları bildirirlər ki, bu “təbii arxivlər” kifayət qədər öyrənilməyib, xüsusən də planetin ən böyük və ən dərini olan Sakit okeanın dibi.
Ohayo Universitetinin yer elmləri professoru Elizabet Qriffit deyir:
“Okean Yer kürəsinin üçdə ikisini əhatə edir, amma təəccüblüdür ki, biz hələ də bu barədə çox az şey bilirik”.
Tədqiqatda qeyd olunur ki, Sakit okeanın nəhəng ölçülərinə baxmayaraq, son 50 ildə milyonlarla il ərzində baş vermiş iqlim dəyişikliklərini izləməyə imkan verən cəmi bir neçə fasiləsiz çöküntü nüvəsi əldə olunub.
Professor Qriffit məlumatlardakı boşluqların dəqiq iqlim modellərinin qurulmasını çətinləşdirdiyini və Sakit okean Yüksəklikləri kimi tanınan ərazilərin - çöküntülərin yaxşı qorunduğu hissənin öyrənilməsinin xüsusilə vacib olduğunu söyləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya