Bu şəxsə bir daha Oskar almaq şansı verilib – NİYƏ?

Bu il Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən 95-ci Oskar Mükafatlarının təqdimatı baş tutacaq. “Sherg.az” xarici mediaya istinadən bildirir ki, Kino sənətinin ən maraqlı mükafatları kimi tanınan Oskar namizədləri açıqlanıb. Bu ilki nominasiyaları Riz Əhməd və Allison Uilyams diqqətə çatdırıb. Bu nominasiyalar arasında ən çox diqqət çəkən film isə 11 kateqoriya üzrə təqdim olunan “ Everything Everywhere All At Once” filmi olub. Onu 9 nominasiya ilə “The Banshees of Inisherin” ve “All Quiet on the Western Front” izləyib. 

Builki nominasiyalarda diqqət çəkən başqa bir detal isə Tom Kruza karyerasında bir daha Oskar almaq şansı verilməsi olub. Kruz həm baş rolda oynadığı, həm də prodüserlik etdiyi “Top Gun Maverick” filmi beş mükafata namizəd olub. 

Xatırladaq ki, Kruz əvvəllər 2000-ci ildə köməkçi aktyor, 1997-ci ildə ən yaxşı aktyor və 1990-cı ildə ən yaxşı aktyor nominasiyalarına namizəd olsa da, hamısını başqalarına uduzub. 
Qeyd edək ki,95-ci illik mərasim martın 11-də Los-Ancelesdə keçiriləcək.

Mənbə:  Hürriyət qəzeti