“Ağlaşma quran" müğənnilərə: “Bir tikə çörək tapmayanlar var...”
Yusif Sultanoğlu
09:28 07.08.2020
Mədəniyyət
1607
“...Onlara baxanda şükür edək. Hamımız üçün çətindir, amma..”
“...Dövlətin verdiyi qərarlara qarşı çıxa bilmərik. Çünki sağlığımız üçün önəmli olan qaydalardır, əməl etməliyik”
“O müğənniləri da anlayıram, mən də o vəziyyətdəyəm, özümü seçmirəm. Lakin bir az səbrli olaq desəm yanılmaram”
Şou-biznesin bəzi nümayəndələri koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminin uzadılmasına etiraz edərək, toyların yoxluğundan şikayətlənir. Maddi cəhətdən sıxıntılarının artdığını söyləyən sənətçilər, çətin vəziyyətdə olduqlarını bildirirlər. Bütün bunları sosial şəbəkə platformalarında izləyiciləri ilə bölüşür, problemlərini dilə gətirirlər. Onların üsyan xarakterli video və statusları birmənalı qarşılanmır, xeyli sayda izləyicinin sərt reaksiyasına səbəb olur. Bu məqamda sual yaranır.
Keçdiyimiz çətin günlərdə, xalqın səbrinin tükəndiyi bir dövrdə insanlarda qıcıq yaradan çıxışlar düzgündürmü?
Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran sevilən xanəndə, Xalq artisti Gülyanaq Məmmədova deyib ki, indi pandemiya dövrüdür, koronavirus tək Azərbaycanda deyil, bütün dünyada var:
“Düzdür, hər ölkədə qanunlar qəbul edilib, elə yerlər var ki, iş yerləri açılıb. Dövlətimizin verdiyi qərarlar da bizə aiddir. Dünən “ATV” televiziyası bu barədə məndən müsahibə aldı. Sual verdilər ki, sənət yoldaşlarınız qərarlara üsyan edirlər. Siz nə deyə bilərsiniz? Cavab verdim ki, onları da başa düşürəm. Mən də daxil olmaqla hamı üçün çətindir.
Mənim də dörd körpəm, böyük ailəm var. Təxminən yanvardan bu yana toy yoxdur, sadəcə maaşla ailə saxlayırıq. Buna rəğmən dövlətin verdiyi qərarlara qarşı çıxa bilmərik. Çünki sağlığımız üçün önəmli olan qaydalardır, əməl etməliyik. Bir etiraf edim ki, öncədən iyun ayının sonlarına qədər koronavirusa inanmırdım.
Amma iyul ayında baş verənlərdən sonra qorxub, stresə düşdüm. Yaxınlarımın, dostlarımın, tandıqılarımın bu xəstəliyə yoluxduğunun şahidi oldum. Ailəm, övladım var deyə bayıra çıxmaqdan ehtiyat etdim. Hətta televiziyada yaxın zamanlarda gedən döyüşlərlə, şəhidlərimizlə bağlı verilişlər oldu. Qorxmağıma baxmayaraq hamısında iştirak etdim.
Çünki vətənimə, elimə, şəhidimə olan hörmətimdən getməyə bilməzdim. Qorxa-qorxa da olsa gedib, bir sənətçi olaraq sənətimlə ordumuza dəstək oldum. Demək istəyirəm ki, o qorxuyla yaşayırıq. İndi də fikirləşirik ki, görəsən, sabah başımıza nə gələcək? Allah bundan betərindən qorusun“.
Gülyanaq xanım həmçinin bildirib ki, indi toyların hansı formada keçirilməsinə qərar veriləcəyi məlum deyil:
“İcazə verilsə nə xoş! Biz də istəyərik ki, oxuyaq. Bəs görəsən orda özümüzü rahat hiss edə biləcəyikmi? Qorxmadan gedib nə isə olmayacaq deyəcəyikmi? Bizim də, o toy edən insanların da sevincini kədər üstələməsin. Yenə də ehtiyatlı olmalıyıq, qorunmalıyıq. Mən belə düşünürəm, qorxuram. Bəli, madiyyata ehtiyacım var, ailəmə, uşağıma necə yox deyim?
Ona görə bir yandan da ehtiyacı olan insan kimi istəyirəm açılsın. Hamı yaxşı yaşasın. Şükür Allahın bu gününə sağ-salamatıq. Bir tikə çörək tapmayanlar, əziyyət çəkənlər də var. Onlara baxanda şükür edək. Hamımız üçün çətindir. Kimin üçün asandır bilmirəm, bəlkə imkanları olanlar üçün rahatdır.
Məsələn, keçən il Gülyaz xanımla konsert elədik. Mən də həmin konsert üçün xərclərimizi yığardım, ehtiyat kimi saxlayardım. Bilirdikmi ki, başımıza nə gələcək? İndi də rahat şəkildə xərcləyib oturardım. Amma konsertimizə, yaradıcılığımıza sərf elədik. Nə qazanırıqsa, bu gün də, sabah da sənətimizə qoyacağıq. Biz bununla yaşayan insanlarıq.
Bu gün ehtiyatımız olmadığından özümüzü qınayırıq. Neyləyə bilərik? Sənət dostlarım da müəyyən fikirlər söyləyirlər, hamısına hörmət edirəm. Onları da anlayıram, mən də o vəziyyətdəyəm, özümü seçmirəm. Lakin bir az səbrli olaq desəm yanılmaram.
Bir söz deyə bilmirəm. Kimə nə deyim ki? Hamının danışmağa haqqı var. Öz fikirlərimi bölüşdüm. Kimisə öyrətmək, kiməsə qarşı çıxmaq niyyətim yoxdur“.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya