Deməli şou verlişlərini də, bayağı müğənniləri də populyarlaşdıran izləyicidir. Qeyd edək ki, bu yalnbız şou proqramlarına aid deyil. Həmçinin serial, kino, film sektorunda da vəziyyət belədir. Tamaşaçılar ciddi motiv əsasında çəkilən filmlərdən çox komediya janrını üstün tuturlar. Məsələn bir tarixi şəxsiyyət həyatı haqqında çəkilmiş filmi çox az insan izləyir, nəinki komediya seriallarını, kinoları və sair.
Aktyor gileyləndi:“Baxmayan da tamaşaçıdı, qınayan da...”
Yusif Sultanoğlu
15:24 10.08.2020
Mədəniyyət
1373
“Bəzən isə bizim filmləri xarici filmlərlə bir tərəziyə qoyurlar”
“Başa salmaq olmur ki, onların büdcəsi, texnikası, strukturu ilə bizimki heç vaxt uyğun gələ bilməz”
Cəmiyyətin mədəni zövqünün korlanması, bayağı mahnıların çoxalması kimi məsələlərdə daha çox telekanalları günahlandırırıq. Onları yanlış təbliğat apardıqları üçün qınayır, tənqid atəşinə tuturuq. Bəs həmin verlişləri izləyənlər günahsızdırlarmı? Elə sözümüzün qüvvəti olaraq bu günlərdə “5/5” verilişində qonaq olan aparıcı Mikayıl Güləddinoğlu deyib ki, iki il boyunca verlişin formatını dəyişib, orda yalnız Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkarların musiqiləri ifa olunub. Lakin həmin müddətdə reytinqləri tamamilə aşağı düşüb, hətta sponsorları belə onunla işləmək istəməyib.
Deməli şou verlişlərini də, bayağı müğənniləri də populyarlaşdıran izləyicidir. Qeyd edək ki, bu yalnbız şou proqramlarına aid deyil. Həmçinin serial, kino, film sektorunda da vəziyyət belədir. Tamaşaçılar ciddi motiv əsasında çəkilən filmlərdən çox komediya janrını üstün tuturlar. Məsələn bir tarixi şəxsiyyət həyatı haqqında çəkilmiş filmi çox az insan izləyir, nəinki komediya seriallarını, kinoları və sair.
Vəziyyəti “Sherg.az”a dəyərləndirən tanınmış aktyor, rejissor Elməddin Cəfərov söyləyib ki,ümumiyyətlə, ölkəmizdə film sektoru hələ koronavirus pandemiyasına qədər zəifləmişdi:
“Ümumilikdə film sektoru çöküb. İnşallah nə vaxtsa dirilər, onda bu mövzuya fikir bildirərəm. Amma 2019-2020 illər üçün film sektoru üçün olduqca ağır illər oldu”.
Televizya kanallarında yayımlanan serialların formatına gəlincə, Elməddin bəy deyib ki, əslində ciddi məzmunlu işlərin böyük reytinqi olur:
“13-15 reytinq gəlir. Buna baxmayaraq razılaşıram ki, kino çox ciddi janrda olanda tamaşaçıya maraqlı gəlmir. Ona görə bu işi görəndə arada qalırsan. Çünki baxmayan da tamaşaçıdı, qınayan da.
Bəzən isə bizim filmləri xarici, Avropa filmləri ilə bir tərəziyə qoyurlar. Amma başa salmaq olmur ki, onların büdcəsi, texnikası, strukturu ilə bizimki heç vaxt uyğun gələ bilməz.
Ona görə bu sahənin nə vaxt düzələcəyini bilmirəm. Açığı elə də ümidli deyiləm. Çünki ortada böyük bir fərq var. Tamaşaçını da qınamıram.
Ona da, buna da baxır qiymət verir. Amma ədalətli deyil . Zəif şərtlərlə bunu ediriksə tamaşaçı “halal olsun” deyə bilər. Lakin izləyici şərtlərlə deyil, nəticə ilə maraqlanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə