Alimdən müğənnilərə ÇAĞIRIŞ: “Şou dövrü bitdi, özünüzə iş axtarın !”
Yusif Sultanoğlu
13:03 05.08.2020
Mədəniyyət
3529
Dünən müğənni Niyam Salaminin açıqlaması sosial şəbəkələrdə gündəm olub. Sənətçi xüsusi karantin rejiminin uzadılmasına etiraz olaraq video çəkib İnstaqram səhifəsində paylaşıb. Sərt karantin səbəbindən sosial şəraitinin ağırlaşdığını, dolana bilmədiyini deyən müğənninin fikirləri birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid atəşinə tutanlar da az deyil.
Həmin videonu izlədiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu da “Sherg.az”a deyib ki, müğənninin səsləndirdiyi fikirlərin məntiqi əsası yoxdur. Çünki o xalqı etiraza çağırır:
“Kimdən nə tələb edir? Sabah icazə versinlər toy olsun? Müğənnilərin əsas dərdi odur ki, toy yoxdur, pul gəlmir. Fərz edək ki, həlledici insanlar bizik. Neyniyək? Toylara icazə verək? Mən karantinin uzadılmasının tərəfdarı deyiləm. Amma ölkədə ictimai qınaq mexanizmi yaradılmalıdır. Qaydalara əməl etməyənlər üçün maarifləndirmə işləri aparılmalıdır.
Ona görə ki, insan ehtiyat edib, küçəyə maskasız çıxıb, kiminləsə qucaqlaşıb, öpüşə bilməsin. O cəhətdən karantin uzanmasın, çünki çox problem ortaya çıxa bilər. Deyək ki, müğənnilərə qulaq asdıq. Lap toya icazə versinlər. Şəxsən mən ən yaxın adamım çağırsa da, toya getmərəm. Yəni əksəriyyət belə edər. Bunların tələb etdikləri absurddur, mənasızdır”.
Ə.Qəşəmoğlu hələ aylar öncəsindən verdiyi müsahibələrdə sənət cameasına xəbərdarlıq etdiyini də vurğulayıb:
“ Dedim ki, xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir: “Artıq şou dövrü bitdi!. Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın. Kimisi ağıllıdır “Youtube”də kanal açıb, ordan pul qazanır.
Bəziləri kolleclərdə, universitetlərdə musiqi müəllimi işləyir. Eləsi də var bizneslə məşğuldur. Amma şou-biznes əhli xəyallarla yaşayır. Fikirləşilər ki, Mirzə Cəlilin təbirincə desək: “Bəlkə də qaytardılar”. Amma olmayacaq, qayıtmayacaq. Azərbaycanda həmin şou dövrü bitdi!.
Ona görə hamı indidən başına çarə qılsın. Yoxsa camaatı nəyə səsləyirsən? İnsan çağırış etməzdən öncə düşünməlidir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə