Arif Quliyevin doğum günüdür: "Təqaüddə olsam da diqqətdə saxlayırlar"
Yusif Sultanoğlu
15:10 16.05.2020
Mədəniyyət
2346
Bu gün həmişə güldürən, sevilən aktyor, xalq artisti Arif Quliyevin doğum günüdür. Sənətkar 70-ci yaşını qeyd edir. Bu uzun ömür yolu boyunca Arif Quliyev "Bəyin oğurlanması", "Bəxt üzüyü", "Evləri köndələn yar" kimi neçə-neçə məşhur filmdə rol almış, teatr səhnəsində də aktyorluq məharətini göstərmişdir.
Bunlarla yanaşı sənətkar Azərbaycan televiziyasında da fəaliyyət göstərmiş "Bığ əhvalatı", "Şans", "Qaynana" kimi teletamaşalarda müxtəlif rollarda çıxış etmişdir. Onun canlandırdığı obrazlar xalq tərəfindən sevilmiş, yaddaşlarda silinməz izlər buraxmışdır.
Biz də "Sherg.az" olaraq sevimli sənətkarımızı unutmayıb, kollektivimiz adından təbriklərimizi və xoş diləklərimizi çatdıraraq onunla həmsöhbət olduq. Xalq artisti ad gününü necə keçirdiyindən, onu kimlərin təbrik etdiyindən danışdı:
"Əla, evdə oturmuşam. Hamı təbrik etdi, adların deyə bilmirəm çoxdur. Ruhən hələ cavanam, işlərim əladır. Təqaüddəyəm, istirahət edirəm, hər şey qəşəngdir, gözəldir. Bütün insanlara Allah can sağlığı versin ki, məni yad ediblər. Bu gün saat 8-də "Real TV"də haqqımda verliş olacaq. Dediyim odur ki, təqaüddə olsam da diqqətdə saxlayırlar.
Sənətkar yubileyi ilə bağlı planlarının olduğunu, lakin koronavius infeksiyası ilə əlaqədar təxirə saldığını söylədi:
"Düşünürdüm, ayın 15-i, 16-ı aktyor evində olmalı idi. Lakin pandemiyaya görə gün dəyişdi. Allah qoysa iyula, avqusta, sentyabra 70 illiyimi keçirəcəm. Qalan hər şey əladır, əsas can sağlığıdır."
Son olaraq xalq artisti "Şərq" komandasına ən xoş arzuları ilə təşəkkürlərini bildirdi:
"Şərq" qəzetinə, Akif müəllimə böyük hörmətim var. Kollektiv olaraq məni həmişə diqqətdə saxlamısınız, saxlayırsınız. Ona görə hər birinizə can sağlığı, könül xoşluğu, ürək sevinci arzu edirəm, həmişə yaxşı olasınız. Qəzetiniz, saytınız oxunur, diqqətdədir. Maraqlı, insanları düşündürən, real informasiya verən qəzetdir, saytdır".
P.S Biz də "Şərq" qəzetinin koollektivi adından sevimli sənətkarımızı təbrik edib, ona can sağlığı arzulayırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya