Baloğlan Əşrəfov: "Gülən olmasa avtomat götürüb sərhədə gedərəm"
Yusif Sultanoğlu
06:42 17.07.2020
Mədəniyyət
1318
İyulun on ikisindən Tovuz rayonu istiqamətində Ermənistanın təxribata əl atması nəticəsində başlayan döyüşlər fasilələrlə davam edir. Əfsuslar olsun ki, bu haqlı və şərəfli savaşda itkilərimiz də var. Hər günümüzü şəhid xəbərləri ilə açır, onların acısı ilə zəfərə doğru addımlayırıq. Torpağa tapşırdığımız igidlər, atasız qalan uşaqlar , övladını vətənə qurban verən qeyrətli analar üçün gücümüzü toplayıb, mənfur düşmənlə mübarizə aparan ordumuzun yanında dayanırıq. Şanlı bayrağımızı, Şuşada, Xocalıda, Qarabağın hər qarışında yüksəltməyə az qalıb.
Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi:
“Şübhəsiz bir gün həqiqət parlayacaq!”
“Sherg.az”da söz cəbhəsində vuruşaraq, xalqı rəsmi, təsdiqlənmiş xəbərlərlə məlumatlandırır. Bütün bunlarla yanaşı ziyalıların, sevilən sənətkarların tövsiyyələrini, düşüncələrini oxucularına çatdırır.
Bu dəfə tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovla əlaqə saxlayaraq, münasibət öyrəndik. B.Əşrəfov ilk dəfə atışma xəbərini eşidəndə keçirdiyi hisslərdən danışıb:
“Həyəcanlı şəkildə, özümü idarə edə bilməyib, fikirlərimi dedim. Onu da oğlum telefonla çəkib sosial şəbəkələrdə paylaşıb. Həmin videonun baxış sayı altmış minə çatıb. Hamı nələr yaşadığımı görüb. Mən də Azərbaycan xalqının bir nümayəndəsiyəm, azərbaycanlı balasıyam. Döyüşlərdə həmvətənlərim şəhid düşür.
Təssəvvür edin onlar əzizlərim, yaxınlarım ola bilərdi. Ermənilərə lənət olsun, əsəb keçirdirəm. Əgər gülən olmasa avtomat götürüb sərhədə gedərəm. Qoy öldürsünlər, heç olmasa əlimdən bir şey gələr. Generalımız, mayorumuz , gənc əsgərlərimiz şəhid olub. Hansı ki, onlar Azərbaycanın gələcəyi idi. Belə vəziyyətdə biz neyniyə bilərik? Ancaq yas tutarıq. Bir şərtlə ki, millətimizi həmişə ruhlandıraq. Bu dığaları məhv etmək üçün ordumuza ürək-dirək vermək lazımdır. “
Sevilən sənətkar prezidentin tapşırıqlarına, çağırışlarına mütəmadi olaraq qulaq asdığını da qeyd edib:
“Dövlətin başında dayanan, ölkəni idarə edən insandır. Onun çıxışına baxdım. Fərəhləndim ki, dövlətimiz aciz deyil, ermənin üzərində qələbə qazana bilər. Ona görə Vətənimə xidmət etməyə hazıram. Prezidentimizin, dövlət nümayəndələrinin fikirlərinə şərikəm. Lakin hər işi ağılla görmək lazımdır. Bizim içərimizdə elə nanəciblər var ki, min dənə oyundan çıxırlar.
Onlara deyirəm ki, insafa gəlsinlər. Azərbaycan torpağını qorumaq lazımdır.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin qarşısında baş əyirəm. Mən də özümü onların yanında hiss edirəm. Bütün şəhid ailələrinə baş sağlığı verirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region