Bəstəkar “ara mahnılar”ını tənqid etdi:“İnsanlara yaxşı musiqi vermək lazımdır ki...”
Yusif Sultanoğlu
16:14 18.06.2020
Mədəniyyət
1932
“Ara mahnılar” və s. bir gün gedəcək. Dinləyicilər qulaq asmadıqca unudulacaq”
"Televiziyalar da diqqət etməlidirlər, bayağı mahnıları yayınlamamalıdırlar”
“Həmişə yaxşı musiqi,söz, adam öz yerini həyatda tutacaq. Hər zaman yaxşılar qalacaq...”
İndiki koronaviruslu günlərimizdə mənəvi cəhətdən yanımızda olan, ruhumuzu qidalandıran, bizi tək qoymayan dostlarımız çoxdur. Onlardan biri bəlkə də ən birincisi musiqidir. Axı musiqi ruhun qidasıdır, belədirsə ruhumuz niyə ac qalsın? İnsan özünü daim yaxşı musiqi ilə formalaşdırmalı, mənəvi aləmini təmiz saxlamalıdır.
Şübhəsiz, söhbət dinləməkdən gedirsə seçimlər müxtəlif ola bilir. Kimiləri bəstəkar əsərlərinə üstünlük versə də, bəziləri bayağı mahnılara qulaq asmaqdan zövq alır. Elə bu məqamda böyük bəstəkar Bethovenin sözlərini xatırlatsaq səhv etmiş olmarıq:
“Musiqinin əsl gücü insanı bəstəkarın xəyal dünyasına aparmasıdır...”
Maraqlıdır, bayağı mahnıların dinləyiciləri hansı aləmə səyahət edir? Bəs o əsl musiqilərimiz necə olacaq? Onları gələcək nəsillərə ötürülürmü ?
Vaqif Səmədoğlu demiş: “Sualların artması, cavabların tükənməsi məni incidir”
Bizi narahat edən həmin suallara cavab tapmaq məqsədilə sevilən bəstəkar, xalq artisti Faiq Süccədinovla əlaqə saxlayıb, həmsöhbət olduq.
Qısa söhbəti təqdim edirik.
-Faiq müəllim, bu kritik zamanlarda günləriniz necə keçir?
-Məlumdur ki, koronavirus xəstəliyi ilə vuruşuruq. Pandemiya dövrüdür, vəziyyət gərgindir evdə oturmuşuq. Təbii ki, musiqi , yazmaq, yaratmaq davam edir.
- Musiqimizin gəldiyi hazırki, nöqtəni necə dəyərləndirirsiniz?
- Vurğulamaq istədiyiniz, yaxşı və ya pis mahnılar həmişə olub...
-Bəs pislərin qarşısı necə alınmalıdır?
- Fikrimcə, televiziyalar da diqqət etməlidirlər, bayağı mahnıları yayınlamamalıdırlar. Onlar elə mahnıları nümayiş etdirməsə, siz də mənə belə sual ünvanlamazsınız.(təbəssüm edir) Hamısı zəncirvari, bir-biri ilə bağlıdır. İnanıram ki, həmişə yaxşı musiqi,söz, adam öz yerini həyatda tutacaq. Hər zaman yaxşılar qalacaq...
-Elə sizin bəstələriniz kimi...
-Bu gün dövlət televiziyasından zəng etmişdilər. 1995-ci ildə yazmışdım “Neylərsən” mahnısını hələ də oxuyurlar. Eləcə də “Kaman”, “Yalan”, “Narın-narın yağır yağış”, “Bilsən necə darıxmışdım”, “Vətəndən pay olmaz” və s. nələr, nələr yazmışam... Hamısını sadalasam, dayanmaq mümkün olmaz. Bax bu qalacaq, amma ara mahnılar və s. onlar bir gün gedəcək. Dinləyicilər qulaq asmadıqca unudulacaq. İnsanlara yaxşı musiqi vermək lazımdır ki, bu sual yaranmasın...
-Sizcə müasir dövrdə yaxşı bəstəkarlar varmı?
-Təbii ki, “Bəstəkarlar ittifaqı”, Konservatoryada oxuyan tələbələrimiz var. Bəlkə indi mahnı yazmırlar, bəlkə də belə deyil. Həyat davam edir, oxuyanlar da, yazanlar da var...
-Bir də görürsüz müğənnilər əsər oxumaq istəmir...
Sualımı tamamlamamış Faiq müəllim dərhal cavab verdi:
-İstəyirsən ki, məni bəzi məsələlərə məni yönəldəsən. Nə o yaşdayam, nə də o çəkidə.. Məni oralara çıxarma, lazım olsa özlərinə deyərəm...
Xüsusi olaraq sənin, hörmətli “Şərq” qəzetinin suallarını cavablandırdım.
-Sonda oxucularımıza , insanlarımıza nə tövsiyə edərdiniz?
- Bütün səhiyyə işçilərini təbrik etmək istəyirəm. Dünən onların bayramı idi. Virusla apardığımız mübarizədə ilk cərgədə dayanan insanlardır. Gəlin, ondan danışaq, xəstələrimizə Allahdan can sağlığı diləyək ki, sağalsınlar və hər şey yaxşı olsun. Sənə də rəhmətlik İlhamə xanım demiş, qadın xoşbəxtliyi arzu edirəm...
Sənətkarın alicənab sözlərindən sonra söhbəti dayandırıb, mehribancasına sağollaşmaq istədim. Bu gözəl diləklər üçün təşəkkürlərimi bildirib, qısa müsahibəmizi zirvədə sonlandırdım.
P.S. Biz də “Şərq” kollektivi olaraq dəyərli bəstəkarımıza uzun ömür, can sağlığı arzu edirik. Hələ Azərbaycan xalqının Faiq Süccədinov kimi korifey sənətkarlara çox böyük ehtiyacı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya