Bütün Azərbaycanı bir səhnəyə, tək şəhərə sığışdıran bu doğma komanda hamı kimi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hələlik sevimli aktyorlarımız heyranları ilə böyük zallarda görüşüb, onların üzlərini güldürə bilmir. Elə bu səbəbdən də müasir üsullardan birinə müraciət ediblər. Onlar izolyasiya qaydalarına əməl edərək "Karantin toyunda Təbib Ramin Bayramlı" adlı tamaşanı səhnələşdiriblər. Həmin kadrları "Bu şəhərdə"nin rəsmi "YouTube" kanalında yayımlayıblar.
"Bu şəhərdə" tamaşa hazırladı, amma ürəklərincə deyil
Yusif Sultanoğlu
05:08 07.08.2020
Mədəniyyət
963
Koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində müxtəlif nəsnələrin, məşğuliyyətlərin xiffətini çəkirik. Teatr tamaşaları, konsert proqramları üçün də darıxmışıq. İllərdir sevənləri üçün maraqlı səhnələr, parodiyalar hazırlayan "Bu şəhərdə" də onlardan biridir desək səhv etmiş olmarıq.
Bütün Azərbaycanı bir səhnəyə, tək şəhərə sığışdıran bu doğma komanda hamı kimi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hələlik sevimli aktyorlarımız heyranları ilə böyük zallarda görüşüb, onların üzlərini güldürə bilmir. Elə bu səbəbdən də müasir üsullardan birinə müraciət ediblər. Onlar izolyasiya qaydalarına əməl edərək "Karantin toyunda Təbib Ramin Bayramlı" adlı tamaşanı səhnələşdiriblər. Həmin kadrları "Bu şəhərdə"nin rəsmi "YouTube" kanalında yayımlayıblar.
"Sherg.az" “Bu şəhərdə”nin hər üç siması ilə həmsöhbət olaraq, tamaşaçısız ərsəyə gələn səhnəciyin onlara necə təəssürat bağışladığını öyrənib. Senarist Müşfiq Abbasov söyləyib ki, hələ karantindən əvvəl pandemiya ilə əlaqədar ilk dəfə konsert proqramlarını təxirə salan onlar özləri olub:
“Fevral ayının axırında bu qərara gəldik. Üç dəfə konsertin vaxtını dəyişdik. İndi noyabr ayı üçün nəzərdə tutulub.
Fikirləşdik ki, o zamana qədər boş vaxtımız var, bundan səmərəli istifadə edək. Qeyd edim ki, yalnız bir deyil, silsilə videolar paylaşılacaq. Həftədə bir neçə video yerləşdiriləcək, ümumillikdə sayı 20-yə yaxın olacaq. Karantində çəkilmiş, məhz hazırkı gündəmlə bağlı toy səhnəciklərimiz davam edəcək. Hazırda əlavə çəkilişlərimiz də gedir.
Dediyim kimi, mövzu olaraq hamısı eynidir. Hər birimizi narahat edən, beynimizdə olan koronavirus infeksiyası ilə bağlıdır. Ümid edək ki, tezliklə virus bitsin, əvvəlki rejimə qayıdaq. Tamaşaçılarımızla onlayn yox, canlı konsertlərdə görüşək“.
Sevilən aktyor, Əməkdar artist Coşqun Rəhimov tamaşaçısız ifa etdiyi rolundan danışıb:
“Desəm ki, gözəl təəssürat bağışladı, yalan olar. Amma tamaşaçılarımızı həsrətdə qoymamaq, onları maraqlı mövzularla tanış etmək üçün bu işi görməyə çalışdıq. Fikrimcə, yaradıcılıq varsa baxış sayı da çox olacaq. Hələlik budur...
Bildiyiniz kimi dünyada gedən bioloji müharibə bizim də işlərimizə təsir edib. Buna baxmayaraq çalışırıq ki, nə isə çıxış yolu tapaq”.
Rəfael İsgəndərov isə çəkilişdəki ab-havanı belə nəql edib: “Tamaşanı pandemiya şəraitində qaydalara riayət edərək, sosial məsafəni qoruyaraq hazırladıq. Çox pis təəssürat bağışladı. Çünki səhnədə, tamaşaçı enerjisi alaraq çıxış etməyə öyrəşmişik.
Amma neyləyək? Şəraitə uyğun davrandıq. Hazırda zəmanənin tələbatı belədir, biz də əməl etdik. İnşallah, tamaşaçılarımızla yenidən qovuşmaq qismət olar“.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə