"Bu xalqın dilini meyxanaçılar və manıs müğənnilər bilir” – Yazıçı gileyləndi
Yusif Sultanoğlu
15:28 06.05.2020
Mədəniyyət
3026
“Xalqda meyxanaçını anlamaq potensialı güclüdü. Ona görə də onları irəli verirlər ki, get camaata “Evdə qal” de”
“Bu millət yazıçının sözünə qulaq asan olsa idi, Mirzə Cəlilin vəsiyyətnaməsini oxuyub, onun istədiyi kimi cəmiyyət, xalq olardı”
İki aya yaxındır, ölkə ərazisində koronaviusla mübarizə məqsədilə xüsusi karantin rejimi tətbiq edilir. Bu kiritik günlərdə millət olaraq həmrəylik nümayiş etdirməyə çalışırıq. Sıravi vətəndaşlar kimi şou dünyasının tanınmış simaları da “Evdə qal” kampaniyasına dəstək verir. Müxtəlif layihələrdə iştirak edərək video-roliklər hazırlayırlar. Beləliklə də xalqa “Evdə qal” çağırışı edirlər.
Bəs nə üçün dövrümüzün qələm əhlini həmin layihələrdə görmürük?
Elə bu sualı ünvanlamaq məqsədilə tanınmış yazar Kəramət Böyükçöllə əlaqə saxladıq. Məsələ ilə bağlı "Şərq"ə danışan yazıçı karantin müddətində edilən yardımlardan da söz açaraq bildirdi ki, yazıçının nəyi var ki, camaata da nə yardım etsin:
“Yardıma ehtiyacı olanların ən böyüyü yazıçılar, şairlərdir. Çünki müğənni toya gedir, xalqın cahilliyindən, insanların, kütlənin savadsızlığından pul qazanır. Orda meyxana deyir, mahnı oxuyur, 5000,10000 camaat danasını, qoyununu satır, pul verir . Yazıçının kütləvi reytinqi yoxdur. Yazıçı gedib camaata nə yardım etsin? Özünə yardım edən lazımdır. "
K.Böyükçöl karantin müddətində meyxanaçıların qafiyə açaraq “Evdə qal!” kampaniyasına dəstək vermələrinə də toxundu:
"Bu xalqın dilini meyxanaçılar, manıs müğənnilər bilir deyə onlara bir dənə qafiyə açıb deyirlər evdə qal. Hamı bilir ki, nə deyirsən de, bir dənə qafiyə de başa düşürlər. Bu xalqın dilini Namiq Qaraçuxurlu, Mehman Əhmədli, Pərviz Bülbülə bilir. Bu xalq nə vaxt yazıçının sözünü eşidib? Nə vaxt yazıçıya qulaq asıb ki? İndi yazıçı da deyəndəki evdə qal əməl etsin. Elə yazıçının sözünə qulaq asan olsa idi, Mirzə Cəlil bu xalqa böyük vəsiyyətnamə qoyub getmişdi. Gedib onu oxuyub, Mirzə Cəlilin istədiyi kimi bir cəmiyyət, xalq olardı. Xalqın özündə yazıçını anlayacaq, başa düşəcək onun dilini hiss edəcək potensial yoxdu. Xalqda meyxanaçını anlamaq potensialı güclüdü. Ona görə də onları irəli verirlər ki, get camaata “Evdə qal” de. Məni camaatın qabağına çıxarsalar, mən də xalqa “Evdə qal” desən, deyəcəklər bu niyə qafiyə ilə demir?!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil