Cabbar Musayev qalmaqallardan necə qorunur ?! – Sirr pərdəsi çəkildi
Yusif Sultanoğlu
15:08 27.04.2020
Mədəniyyət
2583
“Çalışıram ki sensasiyalı verilişlərdən uzaq durum”
“Jurnalistlərin bəzi suallarına elə formada cavab vermək lazımdır ki, qalmaqala səbəb olmasın”
Azərbaycanda iki aya yaxındır, xüsusi karantin rejimi elan olunub. Vətəndaşlar qaydalara tabe olaraq evdə qalmağa davam edir. Dövlətimizin vaxtında həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə olunur. Bu günlər ərzində konsert, toy, və digər məclislərin ləğv olunması nəticəsində tanımış xanəndələr, sevilən müğənnilər vaxtlarını evdə keçirməyə davam edir.
Rəsmi “Instagram” səhifələrində canlı yayınlar açmaqla yanaşı, müxtəlif media qurumlarına müsahibələr verərək xalqla ünsiyyətlərini kəsməməyə çalışırlar.
Biz də bu amili nəzərə alaraq, müğənni-bəstəkar Cabbar Musayevlə əlaqə saxlayıb, həmsöhbət olduq. Müğənni "Şərq"ə karantin günlərini necə keçirdiyindən söz açdı:
"Hamı kimi mən də iki saatlıq icazə alıb çıxırdım. Ən çox evdə otururdum. Yaradıcılıq işləri ilə məşğul oluram. Çalışıram ki, həyətdə idman edim."
"Onlayn" layihələrə qoşulacaqsınızmı?” sualımıza gəlincə, C.Musayev bunları söylədi:
"Bilmirəm hələ. Könül xanımla məsləhətləşirik. Bu müddət ərzində Xəzər televiziyasında Könül xanımın evində çəkiliş etdik. Neçə gün anonsları getdi. Sonra televiziyaya verildi. Yəni belə işlər oldu. Evdən konsert kimi idi”.
Karantin günlərini səbr və təmkinlə kecirdiyini söyləyən müğənni şou- biznes qalmaqallarından necə qorunduğunu açıqladı:
“O şəraiti yaratmıram. Hər bir musiqiçinin haqqında nə isə sensasiyalı işlər görmək istəyirlər. Ancaq çalışıram ki həmin verilişlərdən uzaq durum. İkincisi jurnalistlərin bəzi suallarına elə formada cavab vermək lazımdır ki, qalmaqala səbəb olmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil