"Dünya o qədər xırdalanıb, balacalaşıb ki..." - Oqtay Əliyev
Yusif Sultanoğlu
13:35 05.07.2020
Mədəniyyət
1809
Koronavirus infeksiyasının tanıdğımız insanlara yoluxduğu, hətta onlardan bəziləri ilə vidalaşmalı olduğumuz ağrılı, çətin günlərdən keçirik. Yavaş-yavaş tənhalaşan Bakı küçələrinə baxanda ümidsizliyə düşməyək deyə fikrimizi yayındırmalı, pozitivliyimizi itirməmək üçün əlimizdən gələni etməliyik.
“Sherg.az” da bu amili nəzərə alıb, fərqli mövzulara toxunaraq oxucularını mənfi auradan çıxarmağa çalışır. Bu gün də incəsənətimizin gəldiyi son nöqtəni müzakirə etmək üçün tanınmış prodüser Oqtay Əliyevlə əlaqə saxladıq. Rejissor pandemiyanın zərərlərindən danışaraq, son altı aydır yaradıcılıqla məşğul olan insanların fəaliyyət göstərmədiklərini söylədi:
“Nə musiqi yazan var, nə də film çəkən. Camaatın fikri koronavirusdadır, bütün işlər iflic vəziyyətdədir. Heç bilmirəm o yazıqlar nə iş görür. Konsertlər, toylar yoxdur, filmlər çəkilmir, teatrlar işləmir. O ki qaldı müasir dövrün incəsənəti dinamik şəkildə günü- gündən inkişaf edir. Çünki temp və ritm başqadır. Əvvəl fikirləşirdilər ki, görəsən Amerikada gecə-gündüz nə vaxt olur? İndi istənilən insan əlini düyməyə basaraq Amerikadakıların bu gün nə yeyib, içdiyini bilir. Dünya o qədər xırdalanıb, balacalaşıb. Ona görə incəsənəti, kinonu dünya ilə ayaqlaşdırmaq lazımdır. Ötən əsrdə azərbaycanlılar bir, ruslar iki film çəkirdi, həm də hind kinoları var idi. Düşünürdük ki, hər şey bu qədərdir, amma indi belə deyil. Hər gün yeni filmlər, mövzular çıxır. Ona görə də uyğunlaşmaq həddindən artıq çətindir. Bir də görürsüz balaca kamera ilə elə sənət əsəri yaradırlar ki, hamı şoka düşür. İndi istedadını nümayiş etdirmək asandır.”
"Keçmişdə ərsəyə gələn filmlərlə bu günkü filmlər arasında nə kimi fərqlər var" sualına O. Əliyev belə cavab verdi:
“İndikilərin yaxşıları var. Keçmişdə də saysız-hesabsız zəif əsərlər, pyeslər, musiqilər olub. Amma içərisindən ən yaxşıları, normalları tarixdə qalıb. 1930-cu ildən yüzlərlə, əsərlər, şeirlər yazılıb, filmlər çəkilib, amma ortada yoxdur. Təxmini 20-30 film sevilərək, tarixdə qalıb. Digərləri keyfiyyət və mövzu baxımdan bəsit olduqları üçün unudulublar. İndi çəkilənlər bəzi Azərbaycan filmlərindən on dəfə güclüdür. Dövrümüzdə də yaxşılar, orta səviyyəlilər və pislər var. O vaxtdı nə çəkirdilərsə, yazırdılarsa yaxşı, indi yarananların hamısının pis olduğunu düşünmək düzgün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region