Qanunlar qəbul edilib, qaydalar müəyyənləşir və insanlara evdə qalmaq tövsiyə olunur. Vətəndaşların üzərinə düşən vəzifə isə həmin qaydalara riayət etməkdir. Amma bəzən biz bu halın əksini müşahidə edirik. Məhz ona görə də ölkə ziyalıları xalqa səslənərək onları evdə qalmağa çağırır.
Əməkdar artist: “Millət olaraq lazımi anda səfərbər ola bilirik”
Yusif Sultanoğlu
15:19 03.04.2020
Mədəniyyət
1016
Bəhram Bağırzadə: “Səbirli, təmkinli, nizam- intizamlı olub Allaha təvəkkül edək”
Hazırda koronavirus pandemiyasından Azərbaycan da daxil olmaqla 170 ölkə əziyyət cəkir. Virusun qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkəmizdə də vəziyyət getdikcə ağırlaşır. Ölənlərin və yoluxanların sayı gündən-günə artmaqdadır. Dövlət tərəfindən koronavirus xəstəliyinə qarşı ciddi şəkildə ölçülər götürülür.
Qanunlar qəbul edilib, qaydalar müəyyənləşir və insanlara evdə qalmaq tövsiyə olunur. Vətəndaşların üzərinə düşən vəzifə isə həmin qaydalara riayət etməkdir. Amma bəzən biz bu halın əksini müşahidə edirik. Məhz ona görə də ölkə ziyalıları xalqa səslənərək onları evdə qalmağa çağırır.
Biz də "Sherg.az" olaraq “Evdəqal” kampaniyasına dəstək olmaq məqsədilə tanınmış aktyor, naşir, əməkdar artist Bəhram Bağırzadə ilə əlaqə saxladıq. O “Sherg.az”a söylədi ki, həyatda ən xoşuna gəlməyən şey kiməsə məsləhət verməkdir:
“Bu mürəkkəb günlərdə də heç kimə məsləhətim ola bilməz. Sadəcə öz həyatımdan danışa bilərəm. Koronavirus təhlükəsi ilə bağlı karantin başlayanda özümə idman ləvazimatları aldım. Ev şəraitində hər gün 1 saat idmanla məşğul oluram. Çünki birinci növbədə insan sağlamlığını qorumalıdır. İllər ərzində Bakıda gözəl kitab mağazaları açılıb. Ordan xeyli sayda kitab almışdım. Amma oxumağa vaxtım yox idi. Şükürlər olsun ki, iki həftə ərzində 20 faizini oxumuşam. İbadətdə zəifləmişdim. İndi quranı, ayyətləri , Məhəmməd Peyğəmbər s.a.s hədislərini oxuyuram. Uşaqlara nənələri, babaları nəslimiz haqqında danışıram. Tərbiyə edirəm. Elmlə,təhsillə məşğul olurlar. İngilis dili öyrənirlər. Bununla yanaşı, rəsmlər də çəkirlər."
Koronavirusla Mübarizəyə Dəstək Fonduna diqqət çəkən aktyor xalqımızın birliyindən də söhbət açıb:
"Bir daha dünyaya göstərdik ki, millət olaraq lazım olduğu təqdirdə səfərbər ola bilirik. Allah millətimizi qorusun!"
Əməkdar artist yazarlıq fəaliyyətindən də söz açaraq evdə uşaqlar üçün Nəsibə Zeynalova, Qara Qarayev, Vaqif Mustafazadə kimi sənətkarların həyatından bəhs edən müxtəlif mövzulu kitablar yazdığını söylədi.
Sonda Xalqımıza dəstək mesajı göndərən B.Bağırzadə səbrli, təmkinli, nizam intizamlı olaraq Allaha təvəkkül etməyi məsləhət gördü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya