Əməkdar artistdən TƏNQİD: “Layiq olmadıqları yerdədirlər, ancaq...”
Yusif Sultanoğlu
16:35 09.04.2020
Mədəniyyət
1705
“...Xoşbəxtlik odur ki, bir mahnı ilə illərlə seviləsən. Bax, uğur buna deyərəm”
Son illər Azərbaycan musiqisinə yaraşmayan , ucuz, bayağı xeyli sayda mahnılar eşidirik. Ən dəhşətlisi də odur ki, həmin müğənnilər oxuduqlarına janr kimi baxırlar. Özlərini bənzərsiz musiqimizin bir parçası sayaraq sənətə, sənətkarlığa iddia edirlər. Belə olduğu halda sual yaranır. Onlara bu gücü verən nədir, kimdir ? Cavabı isə olduqca sadədir: musiqi zövqü korlanan gənclər, reytinq yığmağa çalışan telekanallar.... Dilettant müğənnilər reklam olunduqca əsl musiqimiz unudulmağa başlayır. Əlbəttə kifayət qədər sənətkarlarımız, şedevr əsərlərimiz var. Əfsuslar olsun ki yeni nəsil həmin sənət nümunələrini dinləmək istəmirlər. Onlar bir anlıq əyləncələri üçün zövqsüz, şit, bayağı mahnıları dinləməyə üstünlük verirlər. Beləliklə də həmin müğənnilər məşhurlaşaraq özlərini sənətkar adlandırırlar. Hətta ulduz xəstəliyinə tutulub efirə çıxmaq üçün bir sıra tələblər, şərtlər də irəli sürürlər.
Bu yaxınlarda isə müğənni Damla verilişlərə onu dəvət etməmələri üçün qadağa qoyub. Bununla yanaşı, xanım müğənni “Ölkədə meqastar yoxdur” açıqlaması ilə xalq artisti Faiq Ağayevin sərt tənqidinə tuş gəldi.
Biz də incəsənət aləmindəki xaotik durumları dəyərləndirmək üçün tanınmış xanəndə, əməkdar artist Almaz Orucova ilə əlaqə saxladıq. Almaz xanım qeyd etdi ki, bir mahnıyla məşhur olmaq olar, amma baxır musiqiyə:
Bəstəkarlarımızın klassik musiqilərindən oxuyub tanınmış da ola bilərlər. Onlara pis baxmıram. Ancaq zövqlər müxtəlifdir.
Bilirsiz müvəqqəti reklam oluna bilərlər. Bir, üç, beş il və ya bir ay reklam olunub özünü ulduz saya bilərlər. Amma yenə də qeyd edirəm, mahnının müddəti var. Biraz efirdən uzaqlaşan kimi yaddaşlardan silinəcək. Zaman özü dərmandı. Hər şeyi yoluna qoyacaq. Məsələn, "Dönə-dönə" mahnım var. 20 ildir ki, hara getsəm, oxumağımı istəyirlər. Hər sənətçinin bir məşhur mahnısı olur. O ifası sevilib yaşayırsa deməli yaxşıdır. Amma bu gün üçün deyə bilmərəm. Çünki indi reklam sayəsində yüksəlirlər. Layiq olmadıqları yerdədirlər. Ancaq xoşbəxtlik odur ki, bir mahnı ilə illərlə seviləsən. Bax, uğur buna deyərəm”
Verilişlərə qoyulan dəvət qadağaları mövzusuna da toxunanan xanəndə layiq olan sənətçilərin qonaq olmasını istədiyini söylədi:
“Gözəl musiqini təbliğ etsinlər. Qadağa nə dərəcədədir bilmirəm. Amma biz də dəvət alırıq. Elə verlişlər var ki, getmirəm. Soruşmuram kim var, kim yox. Sadəcə təklifi rədd edirəm. Əgər hər hansı verlişdə musiqinin dəyəri yoxdursa, elə ora gedilməsə, daha yaxşı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil