Onlarla yanaşı incəsənət aləminin sevilən sənətkarları da tövsiyələrini, məsləhətlərini çatdırmaq üçün əllərindən gələni edirlər. Sevilən ifaçılar “Evdə qal” kampaniyasını dəstəkləyən layihələrə qoşulub, xalqa xoş əhval-ruhiyyə ötürməyə çalışırlar. Mədəniyyət Nazirliyinin “#sənətinlədəstəklə” şüarı ilə evdən konsertlərə imza ataraq həmrəylik nümayiş etdirirlər.
“Evdə qalmağımız tələb olunubsa, əməl etməliyik” - Başqa yolu yoxdur !
Yusif Sultanoğlu
14:01 13.04.2020
Mədəniyyət
1528
“Həyatı, əzizlərini sevirsənsə, onları qorumaq istəyirsənsə, evdə qalmalısan"
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə ciddi rejimlə davam etdirilir. Hər gün yoluxanların sayının artmasına baxmayaraq tibb işçiləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Vəziyyətin get-gedə gərginləşməsinin səbəbi isə qayda pozuntularına yol verən vətəndaşların məsuliyyətsizliyidir. Operativ Qərargahın rejimi gücləndirməsinə baxmayaraq hələ də qanunlara tabe olmayan təbəqə mövcuddur. Karantin və izolyasiya qaydalarına riayət etmədikləri üçün infeksiyasının yayılmasını sürətləndirirlər. Həm Prezident İlham Əliyev, həm də dövlətin səlahiyyətli nümayəndələri xalqı bir olmağa və qərarlara əməl etməyə səsləyir.
Onlarla yanaşı incəsənət aləminin sevilən sənətkarları da tövsiyələrini, məsləhətlərini çatdırmaq üçün əllərindən gələni edirlər. Sevilən ifaçılar “Evdə qal” kampaniyasını dəstəkləyən layihələrə qoşulub, xalqa xoş əhval-ruhiyyə ötürməyə çalışırlar. Mədəniyyət Nazirliyinin “#sənətinlədəstəklə” şüarı ilə evdən konsertlərə imza ataraq həmrəylik nümayiş etdirirlər.
"Sherg.az" olaraq bu dəfə tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılova ilə əlaqə saxlayıb karantin günlərini necə keçirdiyini və xalqa məsləhətlərini öyrəndik. Sənətkar söylədi ki, evdə qalmağımız tələb olunubsa, əməl etməliyik:
"Karantin günlərini çox yaxşı keçirirəm. Çünki evimi, ailəmi onlarla bir yerdə olmağı sevirəm. Düşünürəm ki, qadın evində darıxa bilməz. Görülməli çox iş var. "
Xalq artisti qaydalara riayət etməyən vətəndaşlara da çağırış edib:
"Düz etmirlər. Hər bir insan həyatı sevir. Həyatı, əzizlərini sevirsənsə, onları qorumaq istəyirsənsə evdə qalmalısan. Başqa yolu yoxdur".
S.İsmayılova Mədəniyyət Nazirliyinin layihəsində iştirak edəcəyini və konsertin yayımlanacağı tarixi açıqladı:
"Həmin layihədə konsertimi təşkil ediblər. Sabah mənim konsertim olacaq. Səkinə İsmayılovanın konsert proqramı həmin layihənin içərisindədir. Sənət dostlarımı alqışlayıram, təbrik edirəm. Bu, çox gərəklidir. Ona görə ki, hər zaman xalqımızın yanında olmalıyıq. Onlar da görsünlər ki. bu qayda hər birimizə aiddir. Sənətindən aslı olmayaraq “Evdə qal” göstərişi verilibsə, bizim üçündür, həyatda qalmağımız naminədir. Həyatı, əzizlərimizi sevmişiksə, yenə də sevək. Onları hər zaman görə bilək. Qaydalar bizə görədir. Alqışlayıram, hər zamanda “Evdə qal!” şüarını dəstəkləyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil