Hamı bilsin! - “Çölə çıxsaq, virus evə girəcək” – Evdə Qalın !
Yusif Sultanoğlu
15:32 03.04.2020
Mədəniyyət
1030
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq müxtəlif sahələrdə işlər dayandırılıb. Təbii ki, bu hal sənət dünyasından da yan keçməyib. İstər toylar, istərsə də konsert proqramlarının vaxtı dəyişdirilərək karantindən sonraya saxlanılıb. Teatrlar da fəaliyyətlərini müvəqqəti olaraq dayandıran qurumlar arasındadır. Buna baxmayaraq bir çox təşkilatlar “online” layihələr həyata keçirməyə davam edir. Xanəndələr internet üzərindən musiqi sevərlərlə görüşür. Tanınmış müğənnilər rəsmi “Instagram” səhifələrindən canlı yayımlar açır. Hər gün tamaşalar internet üzərindən tamaşaçılara nümayiş etdirilir. Belə gözəl təşəbbüslərın sayı artmaqdadır. Bütün bunlar xalqa evdə qaldıqları müddətdə müsbət enerji bəxş etmək naminədir.
Biz də "Sherg.az" olaraq "Bu şəhərdə" prodakşnın yaradıcılarından olan, ssenarist Müşviq Abbasovla danışdıq. Prodüser karantin günləri ilə əlaqədar təxirə salınan konsert proqramları olduğunu söylədi:
Beş konsertimiz Bakıda , beşi Gəncədə, ikisi Naxçıvanda, biri Xarkov digəri isə Kiyevdə olmaqla ikisi də Ukraynada təxirə salındı. Biletlərin hamısı qüvvədə qalıb. Kim istəsə qaytarıb pulunu götürə bilər. Bakı konsertlərini may ayının axırına keçirmişik. Həmin biletlər də etibarlıdır. Mayda da bilet aldıqları konsertə gələ bilərlər. Karantin bitdikdən sonra konsert proqramlarımıza davam edəcəyik. Kim istəsə gələr, kim istəsə biletləri qaytarar və ya dəyişə bilər. Yavaş-yavaş noyabr konserti üçün hazırlaşırıq.Kostyumlarla bağlı danışıqları Vatsap və Skaypla aparırıq. Onlayn görüş də planlaşdırırıq. Yaxın günlərdə edəcəyik”.
M.Abbasov bu günlərdə Cənab Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Bu Şəhərdə" prodakşn adından 5000 AZN vəsait köçürdüklərini də qeyd etdi:
“Hər bir vicdanlı vətəndaşın qərarlara riayət etmək borcudur. Çünki nə qədər ki, biz evdəyik virus çöldədir. Çölə çıxsaq, virus evə girəcək. Hamı bunu bilsin!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya