“Hər məşqimizdə Elçinin sözlərini yada salırıq, deyirik ki...”
Yusif Sultanoğlu
16:48 29.06.2020
Mədəniyyət
1378
“Sağ olsa idi, buna necə qiymət verərdi, zarafatlaşardı”
“Pərdəarxasında çox duzlu zarafatlar var idi. O zarafatları biz görürdük, eşidirdik, tamaşaçılara qismət olmadı”
“Bilirsən ola bilsin ki, Rusiyada azərbaycanlıların sayı üç milyondan da çoxdur, amma səsləri elə gəlir ki, elə bil üç nəfərdilər.”
Hər halda bu sözlər yadınıza düşdü, bəlkə də gözləriniz doldu. Hələ dünyanın düz, koronavirussuz vaxtında “Məhəllə” filmində Məzi- mərhum aktyor Elçin Həmidovun səsləndirdiyi həmin qızıl ifadələrdir... 29 iyun onun doğum günüdür, özü olmadan qeyd edilən doqquzuncu yaşıdır.
Elçin Həmidov 1958-ci ildə Bakıda anadan olub. Körpə yaşlarından çətin taleyi özünü büruzə verən aktyor əvvəlcə atasını sonra anasını itirir. Bacı qardaşları ilə yetim qalan balaca Elçini əmisi himayəsinə götürür. Əmisinin yanında çox əziyyət çəkir, həyatdan bir zərbəni də bacı-qardaşlarının ölümü ilə alır. Bütün bunlara baxmayaraq E.Həmidov yaşam savaşını davam etdirir. 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrında xor artisti kimi çalışır. 1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olur, 1981-ci ildə bitirir.
Fəaliyyətinə layiqincə davam edən aktyor neçə-neçə tamaşalarada rol alaraq, teatr səhnəsində uğur qazanır. Gur səsi, düzgün bədən quruluşu, aktyorluq istedadı ilə tanınmış sənətçiləri parodiya edir. Onun hər səhnəsi, hər rolu rəğbətlə qarşılanır. Ən çox da “Məhəllə” filmində calandırdığı Məzi obrazı ilə xalqın sevgisini qazanan aktyor, 2011-ci ildə evində vəfat edir.
“Sherg.az”olaraq dəyərli sənətkarı yad etmək məqsədilə yaxın dostlarından biri, həmkarı, əməkdar artist Tahir İmanovla əlaqə saxladıq. Aktyor E.Həmidovu, nəinki ad günündə hər an xatırladıqlarını söyləyib:
“Elçinin yeri hər zaman görsənir, onun kimi aktyorlara çox böyük ehtiyacımız var. Çünki doğrudan da sanballı teatr aktyoru idi. İşinin peşəkarı olmaqla yanaşı həm də gözəl insan idi. Təəssüflər olsun ki, çox qısa müddət birlikdə işlədik.
Buna baxmayaraq Elçinlə böyük layihələrə imza atdıq. “Məhəllə”in hər iksini, “Məşədi İbad 94” filmini, bir çox tamaşalarımızı, konsertlərimizi misal göstərmək olar. Qısa zamanda Elçinlə birgə bu cür işlərə imza atdıq. Çox heyif , az yaşadı... Şübhəsiz həyatda olsa, daha böyük layihələrə imza atardıq, amma qismət belə imiş... Elçin daim qəlbimizdədir... Hər məşqimizdə, bir hadisə baş verəndə Elçinin sözlərini yada salırıq.
Deyirik ki, sağ olsa idi, buna necə qiymət verərdi, zarafatlaşardı. Pərdəarxasında çox duzlu zarafatlar var idi. O zarafatları biz görürdük, eşidirdik, tamaşaçılara qismət olmadı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm