Komitə sədrindən mühüm təşəbbüs: “Bu rayona 2000-dən çox tibbi maska göndərilib”
Fidan Həmişəyeva
11:25 29.05.2020
Mədəniyyət
1817
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, bir sıra məktəblərin kollektivləri, kənd icra qurumlarının çalışanları, fiziki imkanları məhdud şəxslər, Tovuz Gənclər Evinin könüllüləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib.
Maskalar Millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə hədiyyə edilib.
Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir deyən Q.Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirərək hər birimiz bu addımlardan örnək alıb belə ailələrə dəstəyimizi daha da artırmalıyıq deyib. Millət vəkili Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün evdən çıxan zaman maska taxmağa, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə əməl etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya