Şairin oğlu Mircəlal atasının sənətini davam etdirir, o da artıq gənc meyxanaçı kimi meydana atılıb və deyişmələri də xeyli maraqla qarşılanır. Bəzən onu Məşədibabanın “İkinci səhifəsi” adlandırırlar.
Məşədibabanın oğlu o məşum hadisədən DANIŞDI: “Görsəydi, məni də yandırardı...” – SÖHBƏT
Yusif Sultanoğlu
09:51 21.04.2020
Mədəniyyət
3897
“Bu müdhiş olayın səbəbini bilirəm, amma lap dəqiqini kişi özü bilirdi”
« 2008-ci ildə atamla meyxana demişəm, amma meyxanaçı olmağımı istəməyib. Demişdi polis olarsan..”
“Nə qədər ömrüm var, bu sənətdəyəm. Məşədibaba adı da üstümdədir”
9 il öncə , 2011-ci ilin 10 yanvarında tanınmış meyxanaçı, qəzəlxan Məşədibaba Aydəmirov üzərinə benzin töküb, özünü yandırdı. Mediada səbəbi ilə bağlı müxtəlif məlumatlar yazılsa da, heç biri təsdiqini tapmadı. Ölümündən illər keçməsinə baxmayaraq söz xridarının qəzəlləri hələ də sevilərək sosial şəbəkələrdə paylaşılır.
Şairin oğlu Mircəlal atasının sənətini davam etdirir, o da artıq gənc meyxanaçı kimi meydana atılıb və deyişmələri də xeyli maraqla qarşılanır. Bəzən onu Məşədibabanın “İkinci səhifəsi” adlandırırlar.
Biz də "Sherg.az" olaraq mərhum söz ustadının oğlu Mircəlal bəylə əlaqə saxlayıb həmsöhbət olduq.
Söhbəti təqdim edirik.
- Atanız 9 ildir, vəfat edib. Əlbəttə, bizim üçün dildə demək asan ola bilər. Ata itkisi və atasız keçən 9 il sizə necə təsir göstərdi?
- Düzünü desəm, 1, 2 il çətinlik çəkdim. Amma tədricən atasızlığa öyrəşdim.
- Həmin məşum hadisə baş verəndə yaşınız az olardı. Xatırlayırsınızmı o günü?
- Bəli, xatırlayıram, elə bil dünən idi.
- Psixoloji cəhətdən sizə təsir etdimi? Sizdə nə kimi iz buraxdı və siz bu travmanı necə aradan qaldırdınız?
- Elə bil yuxu idi, o kabusu gördüm və ayıldım. Çox qorxmuşdum, dilim tutulmuşdu. Düşünməzdim belə hadisə baş verər. Uşaq olduğum üçün əlimdən heç nə gəlmədi. Mən bayıra çıxanda artıq gec idi. Əgər görsəydi, məni də yandırardı, bəlkə də...
- Bu hadisədən sonra ananız nələr yaşadı? Bildiyim qədəri ilə Məşədibaba həyat yoldaşı evə qayıtmadığı üçünmü belə bir qərara gəlib?
- Xeyr, bu, boş söhbətdir. Evə qayıtmaq məsələsi olmayıb.
- Bəs bu müdhiş olayın səbəbini öyrəndinizmi?
-Səbəbini bilirəm, amma lap dəqiqini kişi özü bilirdi.
- Atanızın xatirəsini əbədiləşdirmək üçün planlarınız varmı?
-8 ildir, artıq bunu edirəm. Nə qədər ömrüm var, bu sənətdəyəm. Məşədibaba adı da üstümdədir.
- Məşədibaba sadəcə meyxana ustadı deyili, həm də qəzəlxan idi. Ölümündən sonra yarım qalan qəzəllərini, şeirlərini tapdınızmı?
- Xeyr, hələki tapmamışam.
- Atanızın sənətini davam etdirirsiniz. Bu istedad uşaqlıqdan var idi?
- Bəli, uşaqlıqdan var idi. Hətta 2008-ci ildə atamla meyxana demişəm.
- Məşədibaba müəllim sağlığında meyxana sahəsində sizinlə məşğul olurdumu?
-Xeyr, məşğul olmayıb. Çünki meyxanaçı olmağımı istəməyib. Demişdi polis olarsan..
- Bəs atanızın, dostlarından tanımış söz xridarlarından sənətdə sizə dəstək olan, sizi yada salan varmı?
- Olub,yad edən, yada salan, amma şükür Allaha heç kimə ehtiyacım olmayıb.
- Məşədibaba müəllimin ölümündən təxminən 10 il keçməsinə baxmayaraq hələ də sosial şəbəkələrdə qəzəlləri paylaşılır. Hətta fan səhifələri də var. Onlara nəzarət edirsinizmi?
-Bəli, nəzarət edirəm..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil