Meyxanaçı bacısı oğlunun intiharından DANIŞDI: “Kaş elə qız söhbəti olaydı”
Yusif Sultanoğlu
16:18 08.04.2020
Mədəniyyət
1958
Ələkbər Yasamallı: “Bir səbəb olaydı, bilərdik ki, niyə belə oldu. Hələ ki xəbər vermirlər”
Ustad meyxanaçı Ələkbər Yasamallı zaman-zaman verdiyi açıqlamalarla gündəmə gəlir. Bir neçə ay əvvəl isə meyxanaçının ailəsindən üzücü xəbər aldıq. Əsgərlikdən yeni gəlmiş bacısı oğlu özünü asaraq intihar edib. Səbəbi isə ailəsi üçün müəmmalı olaraq qalıb. Mediada intihar səbəbi ilə bağlı müxtəlif məlumatlar yayılsa da Ələkbər Yasamallı heç birini təsdiqləməyib.
Biz də "Sherg.az" olaraq tanınmış meyxanaçı ilə əlaqə saxlayıb, həm hazırda gündəm olan koronavirus pandemiyasından, həm də ağır itkisindən danışdıq. Xüsusi karantin rejiminin insanların yaxşılığı üçün tətbiq edildiyini söyləyən Ə.Yasamallı qeyd etdi ki, dövlət xalqı düşünür:
“İstəyirlər ki, virus geniş yayılmasın. Hər kəs öz ailəsini karantin rejiminə alsa, yaxşı olar. Mənim üçün elə də darıxrdırıcı keçmir. Köhnədən qalan yazılarım var, yarımçıq qalan işlərimi tamamlayıram. Evdə təmir işlərimiz var, onlarla məşğul oluram. Allah millətimizi qorusun. Tezliklə koronavirusa qalib gələk.
“Ağamirzə, Namiq Qaraçuxurlu, Mehman Əhmədli kimi tanımış meyxana deyənlərin “Evdə qal” kampaniyasına dəstək layihəsində nə üçün yer almamısınız ?” sualına gəlincə, Ələkbər müəllim ilk təklifin ona gəldiyini söylədi:
“Mədəniyyət Nazirliyindən ən birinci təklif mənə gəldi. Amma işlərimlə əlaqədar alınmadı, vaxtım olmadı. Dedilər ki, iki- üç nəfərlə evdə meyxana demək lazımdır. Sözün açığı yalançı çıxdım yanlarında. Bir az utandırıcı oldu, gərək bağışlasınlar.
Nəhayət, özümü toparlayıb ustadın bacısı oğlunun intihar səbəbini soruşdum. Meyxanaçı məsələnin onlar üçün də qaranlıq qaldığını vurğuladı :
“Sual olaraq qalıb. Valideynləri də, mən də nigaranıq. Hərə bir səbəb yazdı. Dedilər ki, guya qız məsələsidir. Allaha and olsun ki, qız söhbəti deyil. Prokurorluq da araşdırır. Bizə də müəmmalı qaldı. Kaş ki elə qız söhbəti olaydı. Bir səbəb olaydı, bilərdik ki, niyə belə oldu. Hələ ki xəbər vermirlər”.
Ə.Yasamallı bu ağır ölüm hadisəsi ilə bağlı dezinformasiya yayaraq müxtəlif səbəblər yazanlara da münasibət bildirdi:
“Onların vicdanına qalıb. Gərək, vicdanları ilə üz-üzə qalsınlar. Düşünsünlər ki düz yazırıq ya yox. Nə deyə bilərəm ki, bir Allahları bilər, bir də özləri...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil