Meyxanaçıdan mediaya çağırış:“Paylaşımlarımdan xəbər hazırlamasınlar”
Yusif Sultanoğlu
15:41 10.08.2020
Mədəniyyət
1349
Dünən tanınmış meyxanaçı Vüqar Əbdülov bir ofis binasının qarşısındakı şəklini sosial şəbəkələrdə paylaşıb. O fotoya “Yeni işimiz xeyirli olsun” sözlərini yazıb. Meyxanaçının bu paylaşımının ardınca 5 ay işsiz qaldıqdan sonra yeni biznes qurduğu və ev alqı-satqısı ilə məşğul olacağı xəbərləri yayılıb.
“Sherg.az” da məsələni aydınlaşdırmaq üçün söz xridarının özü ilə əlaqə saxlayıb. Vüqar bəy sözügedən şəkillə bağlı bunları söyləyib:
“Mənim media quruluşlarının hamısına hörmətim var. Belə bir işim varsa, paylaşım etmişəmsə, şəxsi məsələmdir. Bu media üçün niyə maraqlı olmalıdır ki?! Hansısa obyektin qarşısında şəkil çəkdirmişəmsə, deməli, o sənətin sahibiyəm, o sahədə çalışıram? Mətbuat sənətimdən, şairliyimdən yazsın. Niyə ancaq elə şeylər yazırlar?
Biznesimin olub-olmaması mənə aiddir. Mediaya niyə maraqlıdır ki? Bunu oxucu üçün işıqlandırmağın mənası nədir? Rəsmi İnstaqram səhifəmdir, özüm idarə edirəm. Tutaq ki, kolbasa, toyuq və sair paylaşıram.
Bunun heç bir informasiya əhəmiyyəti yoxdur axı. Sənətçinin sənəti ilə maraqlansınlar. Şəxsən öz adımdan deyirəm ki, paylaşımlarımdan məlumat məqsədilə istifadə etməsinlər, xəbər hazırlamasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə