"O yaşa gəlib çatmamışam ki, kiməsə qiymət verim" - Tahir İmanov
Yusif Sultanoğlu
15:37 30.04.2020
Mədəniyyət
2152
Bir aydan artıq müddətdir ki, ölkəmizdə koronavius pandemiyası ilə əlaqədar həyat dayanıb. Konsertlərin, toy məclislərinin, tarixləri dəyişərək karantindən sonraya saxlanılıb. Bu səbəbdən də sənət dünyasının tanınmış simaları işlərindən uzaq vaxtlarını evdə keçirir.
Əlbəttə evdə qalmaqla sevənləri ilə ünsiyyəti kəsmirlər. Buna baxmayaraq tamaşaçılar onları səhnədə görmək üçün darıxır, kritik günlərin tezliklə sona çatmasını arzulayırlar.
Karantinlə əlaqədar fəaliyyətlərinə müvəqqəti fasilə verənlərin arasında "Planet Parni iz Bakı" kollektivi də var. Daimi tamaşaçıları yeni konsert proqramlarının tarixi barədə maraqlanır, səbirsizliklə onları izləyəcəkləri günü gözləyirlər.
Biz də bu amili nəzərə alaraq KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovla əlaqə saxlayıb, həmsöhbət olduq. "Şərq"ə açıqlama verən aktyor yeni konsert proqramlarına hazırlaşıqlarını söylədi:
-Ümid edirik ki, iyun ayında baş tutacaq. Alınmasa böyük "fəlakət"ə gətirib çıxara bilər. O nöqteyi nəzərdən ki, teatrımız insanlardan ibarətdir. Hər birinin qonorara ehtiyacı var. Şikayət kimi çıxmasın. Əksinə şükürlər olsun Allaha. Şəraitimiz, yeməyimiz, başımızın üstündə damımız var. Bundan böyük nemət nə ola bilər? Amma bir insan kimi bu prosesin olmağını istəməzdim. Ümid edirəm ki, iyunda planlaşdırdığımız kimi konsertimiz baş tutacaq. Hələlik əsas layihəmiz budur.
"Parodiyalarınızın içərisində hər zamankı kimi, deputatlar, məmurlar olacaqmı" sualına T.İmanov belə cavab verib:
- O qədər insanlar var. Müxtəlif hadisələr baş verib. İlin əvvəlinə nəzər salsaq deputat seçkiləri namizədlərin platformaları və s. Tanınmış siyasətçilər və bir çox insanlar var ki, daima gündəmdədirlər. Onlara həmişə diqqət yetiririk. İstər istəməz konsertlərimizin baş qəhrəmanlarına çevirilirlər. İnşallah konsertlərimiz baş tutsa, onlar da olacaq.
Son olaraq əməkdar artist bütün gənc aktyorları dəstəklədiyini söyləyərək fəaliyyətlərini dəyərləndirdi:
- Hər uğurlarına, dərdlərinə şərikəm. O yaşa gəlib çatmamışam ki, kiməsə qiymət verim. Bu haqqda böyük aktyorlarımız, sənətkarlarımız danışsın. Elə kateqoriya azərbaycanlılardanam ki, millətimin hər bir nümayəndəsinin qələbəsinə sevinirəm. Heç vaxt səhvlərinə gülmürəm, səhv axtarmıram. Yenə qeyd edirəm, hər bir kiçik və ya böyük qələbə mənimdir. Hamısı millətimin nümayəndələridir. Başqa cür ola da bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil