Roza Zərgərli alqışladı: “Hamıya əhsən! Birik və güclüyük!
Yusif Sultanoğlu
17:54 03.04.2020
Mədəniyyət
1340
“Operativ Qərargahın qayda və qanunlarına əməl edirəm”
“İmkansızlara yardımlar edirik, amma işıqlandırmırıq”
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli bir müddət əvvəl ayağından əməliyyat olunub. Son günlər də isə müğənni verdiyi açıqlamalarla gündəmə gəlib. Biz də "Sherg.az" olaraq həm hazırkı karantin vəziyyəti, həm də haqqında çıxan xəbərlərlə bağlı münasibətlərini öyrənmək üçün Roza Zərgərli ilə əlaqə saxladıq.
Müğənni ilə qısa söhbətimizi təqdim edirik:
- Koronavirus təhlükəsi ilə bağlı xalqa nə deyə bilərsiniz?
- Virusla bağlı xalqa tövsiyə edirəm ki, evdə qalsınlar. Belə məsələhətdi.
- Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcəksinizmi ?
- Fonda martın 21-i ianə etmişəm. Amma işıqlanmasını istəmirəm. Çünki vəzifəmizdir. Borcumuz olan bir işi gündəmə gətirməyə də bilərik. Bunu öz adımdan deyirəm. Mübarizəyə çox insan qoşuldu. Hamıya əhsən! Birik və güclüyük!
-“Evdə qal!” kampaniyasını dəstəkləyirsinizmi ?
- Operativ Qərargahın qayda və qanunlarına əməl edirəm. Sadəcə, bir müddət əvvəl əməliyyat olunduğum üçün iki dəfə həkim yoxlanışına getmişəm. Bir dəfə də canlı yayım üçün evdən çıxmışam. Artıq 25 gündür ki, evdəyəm.
- Onlayn layihələriniz olacaqmı ?
- Bu müddət ərzində 3 dəfə internet üzərindən layihəm olub.
- Evdə vaxt necə keçir ?
- Yemək bişirirəm. Kulinariya istedadımı inkişaf etdirirəm.
- Türk sənətkarlar çətin günlərdə maddi problemləri olan ailələrə köməklik göstərib. Bəs sizin belə təşəbbüsünüz olacaqmı ?
-Türkiyədən niyə misal çəkirsiniz? Bizim də neçə- neçə sənət dostlarımız yardımlar göstərirlər. Köməkliklər edirik, amma işıqlandırmırıq.
-Açıqlama vermişdiniz ki, Somalidən övladlığa uşaq götürmək fikriniz var..
-Somalidən uşaq götürmək məsələsini 8 ay əvvəl demişəm. Sadəcə yeni gündəmə gəldi. Üzərində çalışmalar gedir. Amma indi mümkün deyil. Arzumdu və həyata keçirmək istəyirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya