"Təkəbbürü çox, sənəti yox müğənnilər"ə sərt ismarıc: "Yüksəldikcə, sadələşdim..."
Yusif Sultanoğlu
11:56 16.06.2020
Mədəniyyət
1463
“Özümüzü bu xalqdan, bizi sevən, ucaldan, sənətimizin zirvəsinə gətirən millətdən niyə qorumalıyıq ki?!”
“Xalqa, bizi sevənlərə qarşı dikbaş olmağın, yuxarıdan aşağı baxmağın əleyhinəyəm”
Tövsiyəm budur ki, atalarımızın “Bar verən ağac başını aşağı dikər” kəlamına qulaq assınlar”
İncəsənət aləmində sənətkar təvazökarlığı deyə bir anlayış var. Lakin bu hər sənət adamında olmur. Elə müğənnilər var ki, onların istər media nümayəndələrinə, istərsə də xalqa qarşı rəftarı xoşa gələn deyil. Xalq artisti statusunu almış, illərin sənətkarları ilə əlaqə saxlamaq, bir mahnıyla məşhurlaşan, qeyri-peşəkar və naşı müğənnilərlə bağlantı qurmaqdan daha asandır.
Çünki həmin naşı müğənnilərin bəzən 2 və 3 köməkçisi, prodüseri olur. Sənəti və ifası ilə xalqın ruhunda, qəlbində taxt quran sənətçilər, xalq artistlərinə gəlincə, əminliklə deyə bilərik ki, telefon zənglərinə məhz onların özləri cavab verir. Əlbəttə, bu da bir səmimiyyət nümunəsidir,bir etalondur.
Bəs bəhs etdiyimiz müğənnilərin özlərini xalqdan, mediadan uzaqlaşdırması nə dərəcədə düzgündür?
“Sherg.az”da məsələyə münasibətini öyrənmək üçün sevilən xanəndə, xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə saxlayaraq, həmsöhbət olub:
“Yeni şöhrətlənəndə, ya da birdən-birə tanınanda, diqqət cəlb etmək üçünmü edirlər, bilmirəm...Özümüzü bu xalqdan, bizi sevən, ucaldan, sənətimizin zirvəsinə gətirən millətdən niyə qorumalıyıq ki? Səmimi, sadə şəkildə xalqın arasında olmaq hamımızın borcudur. Sabah bu səs olmasa, sıradan insanlarıq... Hərəyə Allah öz sahəsində sənətkarlıq verir.
Musiqimizə, mədəniyyətimizə xidmət etdiyimiz üçün diqqət mərkəzindəyik. Hər zaman tamaşaçıya həyat tərzimiz, davranışımız, onlara münasibətimiz maraqlı olub. Amma xalqa, bizi sevənlərə qarşı dikbaş olmağın, yuxarıdan aşağı baxmağın əleyhinəyəm. Həmişə demişəm, Allah ağlımı aldığı gün, canımı alsın. İstəyirəm ki, necəyəmsə hər zaman elə olum. Onlara da tövsiyə verib, nə isə deyə bilmərəm.
Zamanla düzələcək, onlar da sadələşəcəklər, təzə şöhrətlənəndə elə olurlar. Hamımız kənddə, sadə fəhlə ailəsində doğulduq, böyüdük zəhmətlə, hər şeyi görə-görə buralara gəldik. Belə rəftar edənlər bir anlıq dönüb keçmişə baxsın.
Məncə düşünməlidirlər ki, kim idim? Hara gəldim? Necə ucaltdılar, sevdilər? Bu sənətdə nələrə nail oldum? Ona görə də olmaz... Bu səsi də Allah verib və bir dəqiqədə ala bilər. Onda baxaq görək kimik?
Öz nüfuzuma görə deyirəm ki, bu cür böyüdülmüşəm. İndiyə qədər əməkdar artist, xalq artisti olmuşam. Yüksəldikcə, sadələşdim. Ona görə də, məni sevirlər və bu mənada çox sevincliyəm.
Sənətkar bu yaxınlarda doğum gününü ailəsi ilə birlikdə qeyd etdiyini söylədi:
“İnanın, üç gün nə telefonum susdu, nə mesajlarım ara verdi. Mənim üçün böyük xoşbəxtlikdir. Ümumi mesaj yazıb hamısına göndərmədim. Nə sənət dostlarıma, nə tələbələrimə, nə də məni sevən tamaşaçılara. İnstaqramdan, feysbukdan hər birini ayrı-ayrılıqda cavablandırmışam. Hətta tanımadıqlarım, gözəl mesajlar yazanlardan da adlarını soruşub, telefona qeyd etdim, çalışdığım qədər diqqət göstərdim. Axı mənim qəlbimi sevindirdilər, necə qiymətləndirməmək olar? Əsasən də gənclərə tövsiyəm odur ki, “Ağac nə qədər bar versə başını aşağı əyər”. Hər halda zamanla düzələcəklər...”
Sonda Gülyanaq xanım, biz media mənsublarını da unutmadı:
“Sizlər də durmadan, yorulmadan gecə-gündüz çalışırsınız. İşiqlandırırsınız, sizə elə etmək olarmı? Olmaz !”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya