“Vallah, heç kino yada düşür ki?!”
Yusif Sultanoğlu
12:06 02.08.2020
Mədəniyyət
1427
“Bu dəqiqə pandemiyanı, Qarabağı, gedən döyüşləri fikirləşirik. Kino gününü unutmuşuq"
“Düşünürəm ki, ay Allah Qarabağı azad edəydik, o günü görəydim. Ondan sonra kino haqqında danışmaq olar”
Bu gün- 2 avqust Azərbaycanda milli kino günüdür. Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-i ölkənin mədəniyyəti və incəsənəti üçün əlamətdar tarix kimi qeyd olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Biz də “Sherg.az” olaraq bu əlamətdar gün münasibətilə kinomuzun Nəsimisi, korifey sənətkar, xalq artisti Rasim Balayevlə əlaqə saxlayıb, onun kinomuzun bu günü ilə bağlı fikirlərini öyrəndik:
“Vallah heç kino yada düşür ki? Bu dəqiqə pandemiyanı, Qarabağı, gedən döyüşləri fikirləşirik. Kino gününü unutmuşuq. Düşünürəm ki, ay Allah Qarabağı azad edəydik, o günü görəydim. Ondan sonra kino haqqında danışmaq olar”.
Bununla yanaşı R.Balayev onu da əlavə etdi ki, bu gün Azərbaycan kinosu yaxşı vəziyyətdə deyil:
“Bəzi adamlar çıxış edir ki, 65 dənə mükafat aldıq, filan.. Reallıq budur, Azərbaycan kinosu çətin günlər yaşayır. Hazırda qlobal problemlərimiz var. Təsəvvür edin, indi heç ucuz seriallar da çəkilmir. Çünki adamları bir yerə yığışmağa qoymurlar. Öncə bəşəriyyəti bürüyən bəladan qurtulaq..”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm