Xalq artistindən qızıl sözlər: “...Qazanırlar, amma ürəkləri gəlib bölüşmürlər”
Yusif Sultanoğlu
14:25 15.04.2020
Mədəniyyət
1406
Koronavirus infeksiyası ölkəmizdə, eləcə də dünyada təhlükə mənbəyi olaraq qalır. Mübarizə məqsədilə ciddi şəkildə tədbirlər həyata keçirilir. Prezidentin sərəncamına əsasən işsizlər müəyyən məbləğdə yardımla təmin edildi. Dövlətlə bərabər ölkənin imkanlı sıravi vətəndaşları da kasıb ailələrə köməklik göstərərək həmrəylik nümayiş etdirirlər. Tanınmış sənətkarlar həm mənəvi, həm də maddi cəhətdən millətimizin yanında olmağa çalışırlar. Onlar sənətləri ilə “Evdə qal!” kampaniyasına dəstək layihələrinə qoşulurlar. Xalqın evdə karantin günlərini xoş əhval- ruhiyyə ilə keçirməsini təmin etmək üçün əllərindən gələni edirlər. Bununla yanaşı, müxtəlif media qurumlarından, verilişlərdən xalqa səslənərək onları maarifləndirməyə çalışırlar.
Biz də "Sherg.az" olaraq tanınmış sənətkarların məsləhətlərini, tövsiyələrini işıqlandırmağa davam edirik. Bu dəfə isə sevilən müğənni, xalq artisti Nəzakət Teymurova ilə əlaqə saxlayaraq karantin günlərini necə keçirdiyini öyrəndik:
"Evdə oturmuşuq. Ailəmlə, bacılarımla bir yerdəyik. Dövlətimiz necə məsləhət görübsə, elə də olmalıdır. Yoluxmamağımız üçün gözəl qərarlar verilib. Camaat da əməl etsə, virusun öhdəsindən tez gələ bilərik."
Sənətkar qayda pozuntularına yol verən vətəndaşlardan da danışdı:
" Ümumi şəkildə günahlandırmaq olmaz. Elə insanlar var ki, gündəlik çörək pulu üçün evdən çıxırlar. Onları da başa düşmək lazımdır. Ailəni də dolandırmalıdır. Bilmirəm qarışıq məsələdir. "
Rəsmi “Instagram” səhifəsində canlı yayımlar açaraq “Evdə qal!” kampaniyasını dəstəklədiyini söyləyən xalq artisti imkansız ailələrə kömək edən məşhurların müzakirə olunması məsələsini də dəyərləndirdi :
Ondan əlavə yardımlarım da olur. ATV-də baxsanız görə bilərsiniz. Paylaşmağın özü gözəl fikirdir. Bugünkü gündə, “Əl tutmaq Əlidən qalıb” deyirlər. Paylaşmağın özü çox gözəl fikirdir.
Bir də var ki insanlar qazanırlar, amma ürəkləri gəlib kiminləsə bölüşmürlər. Onlarmı yaxşıdır? Onları da müzakirə etsinlər. İndiki durumda paylaşmaq çox gözəldir.
Karantin qurtardıqdan sonra ilk işiniz nə olacaq? sualına gəlincə isə N.Teymurova konsertlərinin, səfərlərinin çox olduğunu vurğuladı:
Milli konservatoriya və kollecdə dərs keçirəm. Tələbələrim və müəllim kollektivi üçün çox darıxmışam. İşlərim o qədər çoxdur ki, karantin qurtarsın görək hardan başlayacam. Konsertlərimiz, səs yazmalarımız olmalıdı. Bilmirəm ki, hansından başlayacam. Allah güc versin, hər birini həyata keçirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil