Xanəndənin məzarı İstanbulda axtarılılır
13:08 10.06.2020
Mədəniyyət
1287
Beynəlxalq Muğam Mərkəzi (BMM) muğam sənətinin müxtəlif istiqamətlərində tədqiqatlar aparır. Hazırda öz sosial hesabatından müxtəlif layihələrlə izləyicilərin görüşünə gələn mərkəz tədqiqat və elmi işlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, BMM muğam korifeylərinin həyat və yaradıcılığını araşdıran tədqiqatlarını “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşdırır. Bu günə kimi muğam korifeylərindən Hacı Hüsü, Mirzə Güllər, Mirzə Məhəmməd Həsən haqqında faktları təqdim edən mərkəz XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri olan Məşədi Məmməd Fərzəliyevin qəriblikdə olan məzarının axtarışına başlayıb. BMM apardığı tədqiqatlar nəticəsində xanəndənin irsi ilə bağlı musiqi mədəniyyətimizə məlum olmayan bir sıra yeni sənədlər aşkar edilib və xanəndənin qəriblikdə olan məzarının və mühacirlik fəaliyyəti ilə bağlı axtarışlara başlanılıb.
“Unudulmayanlar” layihəsinin rəhbəri, Xalq artisti Murad Hüseynov, koordinatoru, tədqiqatçı alim Gülhüseyn Kazımlı M.M.Fərzəliyevin 1962-ci ildə Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən xanəndənin məzarının və arxivinin axtarışını zəruri hesab ediblər. Xanəndənin fəaliyyəti Azərbaycan mədəniyyəti və muğam sənətimiz üçün vacib bir mərhələdir. Xanəndənin irsinin araşdırılmasına Muğam Mərkəzinin təşəbbüsü ilə, həmçinin Türkiyədə yaşayıb yaradan, jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırması ilə məşğul olan araşdırmaçı-jurnalist Hafiz Əhmədov da cəlb edilib. Araşdırmalar nəticəsində vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Hüseyn Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub Milli Arxiv idarəsindən əldə edilib. Məktub əldə ediləndən sonra məlum olub ki, axtarışlar Məşədi Məhəmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə aparılmalıdır, çünki Firudun müəllimə yazılan məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. İlk nəticələr uğurlu olub. Dilqəm Əhmədin Türkiyədə əldə etdiyi arxiv sənədləri əsasında məlum olub ki, 1950-ci ildə Türkiyədə xanəndənin yaradıcılığının 50 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib. Həmin dövrdə İstanbulda “Azəri muzik heyəti” adlı qrup fəaliyyət göstərib, Türkiyənin şəhərləri və xaricdə Azərbaycan musiqisi və muğamlardan ibarət konsertlərlə çıxış edib. “Azəri muzik heyəti”nin rəhbəri M.M.Fərzəliyev olub. Hafiz Əhmədovun axtarışları nəticəsində isə xanəndənin ifasında 3 lent yazısı aşkarlanıb. Bu lent yazılarının təqdimatını da BMM reallaşdırmaq niyyətindədir.
“Unudulmayanlar” layihəsi çərçivəsində axtarışlar davam edir. Hazırda İstanbulun müxtəlif məzarlıqlarında xanəndənin məzarının axtarılması üçün işlər görülür.
Görkəmli ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv musiqi həyatı keçirib. Müxtəlif konsert və layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Türkiyədə Üzeyir bəyin “Arşın mal alan” əsərini dəfələrlə tamaşaya qoyub, rolları ifa edib. Bu işdə onun yanında tarzən Hüseyn adlı bir musiqiçi də olub. Təxmin edilir ki, həmin tarzən də Türkiyəyə mühacir edən azərbaycanlılardan biri olub.
Qeyd edək ki, Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. O, gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar isə Tbilisi, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınıb.
Məşədi Məmməd də “Şüştər” muğamının ustası kimi daha məşhur olub. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər verir. 1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır.
1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmamışdır. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşayıb və 1962-ci ildə dünyasını dəyişib.
Tədqiqatla bağlı əlavə məlumatlar oxuculara təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm