"Zəhər tuluğu" filmi gəlir – Yüzbəyov “Şərq”ə açıqladı
Yusif Sultanoğlu
15:28 09.04.2020
Mədəniyyət
1806
"Dekabr ayı üçün düşünürük. Pandemiyanın qurtarmağı ilə əlaqədar gecikə bilər"
Son vaxtlar Azərbaycanda video-bloqerlikdən aktyorluğa yüksələn simaların sayı artıb. Onlardan biri də qısa müddətdə tamaşaçıların sevgi və rəğbətini qazanan Taleh Yüzbəyovdur. Aktyor ssenarisi özünə aid olan filmlərdə rol almağa davam edir. İlk vaxtlar çəkdiyi qısa videolarla tanınan T.Yüzbəyov hazırda tamaşaçılarının qarşısına böyük layihələrlə çıxır. “YouTube'də yayımlanan "Zəhər Tuluğu" serialı Azərbaycanda populyarlaşaraq maraqla izlənilib, izlənilir. Bununla yanaşı, "Oxşarabad"ın birinci və ikinci bölümləri də intellektual komediya filmləri arasında öz yerini və qiymətini alıb.
Biz də "Sherg.az" olaraq sevilən aktyorla əlaqə saxlayıb, karantin günlərini necə keçirdiyini öyrəndik. Aktyor birtərəfli şəkildə işlərinin davam etdiyini bildirdi:
" Əvvəl çəkilişlər də var idi. İndi ancaq yazmaq tərəfi ilə məşğulam. Ssenarilər yazıram. “Zəhər tuluğu”nun kinosunu və yeni serialın ssenarisini hazırlayıram. Çəkilişlər qalıb, işim yalnız yazmaqdır. Gözləyirik ki, karantin qurtarsın, normal həyata dönək”
T.Yüzbəyov "Zəhər tuluğu" qısa bölümlü serialının filmini planlaşdırdığını söylədi:
"Dekabr ayı üçün düşünürük. Pandemiyanın qurtarmağı ilə əlaqədar gecikə bilər".
“Online layihələriniz olacaqmı?” sualına gəlincə, aktyor hələ böyük bir layihə fikirləşmədiyini vurğuladı:
"Rəsmi “İnstagram” səhifəmdə canlı yayınlar açıram. Axşamlar virtual şəkildə izləyicilərimizlə görüşürük. Məşhur dostlarımızla və ya sevənlərimizlə söhbət edirik. Mahnı oxuya bilmirəm, ancaq bu şəkildə edirəm. Hələ ki, fikirləşmirəm. Karantinin qurtarmağını gözləyirəm. Çünki bizim işimizi evdən görmək çox çətindir. Çəkilişlər qalıb. Düzdü evdə də etmək olar, amma daha professional olsun deyə böyük komanda lazımdır.
Vərdiş olunmamış vəziyyətdir. İşlə bağlı həmişə hardasa olmuşam. İndi biraz çətin gəlir, amma öyrənmək lazımdır. Sağlamlığımıza görə dözməliyik!.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil